Gəncə Dövlət Universitetində “dərə xəlvət, tülkü bəy”…


Gəncə Dövlət Universitetinin bir qrup professor-müəllim heyəti bu təhsil müəsisəsində baş verənlərlə bağlı ölkə rəhbərliyinə və müvafiq orqanlara müraciət ünvanlayıb. Surəti KİV-ə göndərilən müraciətdə GDU-nun rektoru və burda baş verənlərlə bağlı ilginc iddialar yer alıb.
Rektorun mühafizəsi, qəzəbli ər və fitnes əməliyyatı
Rektor Yusif Yusibovun heç kimi qəbul etmədiyini və mühafizəçilərlə gəzdiyini bildirən şikayətçilər dekan və kafedra müdirlərinin rektorun üzünü tədbirdən tədbirə gördüyünü bildirir. Müraciətdə rektorun mühafizəçi ilə gəsməsi haqda da maraqlı iddia yer alır. Cumhuriyyet.az olaraq müraciətdə bu məsələ ilə bağlı yazılanları olduğu kimi diqqətinizə çatdırırıq: “Bir neçə il bundan qabaq rektor ailəsinə sataşdığı müəllimənin əri tərəfindın universitetin qabağında vəhşicəsinə döyüldüyü üçün rektor idmançı şəxslərdən ibarət “mühafizə xidməti” yaradıb. Universitetin nəzdində yaradılmış İdman klubunun rəhbəri, magistr təhsili belə olmayan,7-ci sinif şagirdi səviyyəsində biliyi və dünyagörüşü olan, “İdman klubu”nda masaj və fitnes şöbəsi yaradan, bura ətrafdan müxtəlif qadınları dəvət edib əxlaqsızlıq yuvası yaradan Xaqani Umudovu həm də “Mühafizə xidməti”nə rəis təyin edib. Xaqani Umudov isə gün ərzində bir neçə dəfə əlində dəftər işçilərin və tələbələrin davamiyyətini yoxlayır. Xaqani Umudov digər prorektorların, universitetin baş müşavirinin işinə belə müdaxilə edir, dekanlara və kafedra müdirlərinə göstəriş verir. Universitetdə Xaqani Umudovdan sonra prorektor 70-dən çox yaşı olan Gülsüm Fətəliyeva, sonra İsmayıl İsmayılovun adamları, sonra prorektor Şahin Xurşudovun adamları əlində dəftər gəlib yoxlama aparır. Bu vəzifə daşıyanların bir-birinə inamı belə yoxdur. Nəticədə dərs və iş prosesi tamam pozulur”.
Külli ixtiyar “Qəmlo”nun əlində: Vasif Həsənov kimdir?
Müraciəti imzalayanlar bildirir ki, universiteti əslində erməni əsilli Vasif Həsənov idarə edir. Beləki bu şəxs layihə adı altında Fransaya baş vurub Hollandiyadan çıxır. Əslində layihələrdən universitet kollektivi indiyə kimi heç bir xeyir görməyib. Bu layihələr pul silmək, pul yemək üçün bir vasitədir. Məsələ ilə bağlı cumhuriyyet.az bildirir ki, rektor Yusif Yusibov V.Həsənovu “İnnovasiyalar departamenti”nə direktor təyin edib. Müraciət müəllifləri bildirir ki, bu innovasiyalar departamenti tədrisdə heç bir innovasiya tətbiq etməsə də universitetdə keçirilən test imtahanlarını rektorun arzu etdiyi formada yönəldərək saxtalaşdırmaq, bir sözlə, gəlir mənbəyinə çevirməyə xidmət edib. Maraqlıdır ki, müəllimlərə baş müəllim, dosent kimi elmi adların verilməsi üçün yaradılmış komissiyaya özünün heç bir elmi əsəri olmadan dosent adı verilən, Vasif Həsənov rəhbərlik edir. Vasif Həsənovun adı ilə çap olunan “İnformatikanın əsasları və informasiya texnologiyaları” adlı dərs vəsaitinin isə əslində Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Mətləb Nuruş oğlu Əlizadə tərəfindən yazıldığı deyilir. Müraciətdə VHəsənovun xalası Gülmirə Verdiyevanın da pul müqabilində öz adına həmin Mətləb Nuruş oğlu Əlizadəyə “Kompüter qrafikası” adlı dərs vəsaiti yazdırdığı bildirilir.
Şahin Xurşudovun əliylə satılan elmi adlar
Vasif Həsənovun heç bir dərs vəsaiti, elmi məqaləsi, metodik vəsaiti olmasa belə Yusif Yusibov onu elmi şurada həyasızcasına dosent seçdirmiş və şura üzvlərini buna səs verməyə məcbur etmişdir. Amma universitetin digər əməkdaşlarından tələb edir ki, dosent əvəzi keçmək üçün THOMSON REUTERS tərəfindən indekslənən jurnallarda 3 ədəd elmi məqalə, dərs vəsaiti, metodik vəsait, nüfuzlu jurnallarda 10-dan artıq elmi məqalə və s. olmalıdır. THOMSON REUTERS tərəfindən indekslənən jurnallarda 1 ədəd məqalə çap etdirmək üçün 500-800 dollar pul vəsaiti tələb olunur. Onu da qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası baş müəllim və dosent keçmək üçün bu tələbləri qoymur. Bu tələblər Yusif Yusibov tərəfindən pul qazanmaq üçün müəyyənləşdirilmişdir. Prorektor Şahin Xurşudova 3000-5000 manat pul verəndən sonra bu tələblər arxa plana keçir. Şahin Xurşudov isə tədris işləri üzrə prorektor olsa da tədrisdən başqa hər şeylə məşğul olur. Universitetdə nə pul yığılsa onun əli ilə yığılır. Çünki, bu adam alver işini əla bacarır, özü Texnologiya Universitetinin ictimai iaşə ixtisasını bitirsə də, pedaqogika elmini bilməsə də, tədrisə rəhbərlik edir. Bax belə olur səhv düşəndə yerimiz…..
Milyonlar hara gedir?
Rektor Vasif Həsənova və özünün yaxın ətrafına elmi şurada müzakirə edimədən, elmi şuranın adından yazılmış saxta bir qərarla 2000 manatdan yuxarı maaş verir. Amma dosentlər 700 manat, baş müəllimlər isə 400 manat, laborantlar 280-300 manat civarında maaş alır. Novruz bayramı münasibəti ilə digər universitetlərin rəhbərləri 200-500 manat arası bayram hədiyyəsi kimi pul verdi. Yusif Yusibov isə təxminən 30 manat pul verdi. Özü elmi şurada çıxış edərək dedi ki, universitetin bir aylıq büdcəsi 17 milyondur. Bunun 6-7 milyonu guya maaşa gedir. Sual olunur, qalan vəsaitin taleyi necə olur? Bu vəsait saxta təmir və guya avadanlıq alınması adı altında talan olunur. Universitet laboratoriyalarının avadanlıqlarının əksəriyyəti sovetlər dönəmindən qalma avadanlıqlardır. Müraciətdə yer alan iddialardan birində deyilir: “Avtozavod qəsəbəsində saxladığı, ailəsini dağitdığı öz kafedrasının müəllimi Zəhra Əliyevaya villa tikir. Universitetdə heç kimlə hesablaşmır, yalnız Vasifə atasına göstərmədiyi hörməti göstərir. Rektorun bütün amalı puldur, gündə bir adam tapıb 7000-8000 manata işə götürürlər. Universitetin təsərrüfat hissəsi Mənzil-Kommunal idarəsini xatırladır. Bir binada nə qədər bağban olar, nə qədər mühafizəçi, nə qədər süpürgəçi olar? Bunların çoxunun kartı rektor və prorektorun cibindədir”.
Müraciət müəllifləri baş verənlərlə bağlı təcili tədbir görülməsini istəyir: “Cənab Prezident, xahiş edirik, tədbir görün, bu rüşvətxor, puldan doymayan, camaatı, universitetin vəzifəli şəxslərini belə özünə sığışdırıb qəbul etməyən, onlara sağır gözündə baxan bu rektoru, eləcə də onun erməni əsilli yaxın adamlarını bu universitetdən rədd edin. Görün bunlar nə gündədir ki, universitetin əməkdaşı olan saxladığı müəlliməni götürüb bir neçə il bundan qabaq Bodruma kefə getmişdi, videolar var”.
Tarix: 29-03-2023, 16:35
Xəbəri paylaş





Xəbər lenti