İcra başçısı şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasında olub
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid Toğrul Hüseynov adına 95 yerlik şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasında olub. Rayon rəhbəri bağçanın kollektivi ilə görüşüb, uşaqların saxlanma şəraiti, davamiyyəti, tibbi müayinə olunmaları və qida rasionu ilə maraqlanıb. Siam.az-a RİH-dən belə deyilib. İcra başçısı kollektivə gələcəyimiz olan uşaqların sağlamlıqlarının diqqət mərkəzində saxlanması üçün gündəlik gigeyina qaydalarına düzgün riayət etməyi, balacaların hər birinə fərdi qayda da yanaşmağı tövsiyə edib. Şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.