Göygöldə Məhkəmə sifarişli qərar qəbul edib? -İddiaçı Fikrət Məmmədova ŞİKAYƏT ETDİ/VİDEO
Ölkəmizdə ardıcıl surətdə aparılan məhkəmə islahatının əsas məqsədi qanunun aliliyinin təmin edilməsi, məhkəmə hakimiyyətinin dövlət mexanizmində nüfuzlu və müstəqil bir təsisat kimi təşəkkül tapması, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin təmin edilməsi, cinayət və mülki mühakimədə demokratik prinsiplərin həyata keçirilməsi, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətinin şəffaflığının təmin edilməsi və sair məsələlərin konseptual həll edilməsi nəzərdə tutulsada Göygöl rayon məhkəməsinin sədri iddiaçını illərdir ki,süründürməklə məşğuldur. Bu haqda Dünyanınsəsi.Az saytına İddiaçı Azər Mamedov tərəfindən göndərilmiş olan video-şikayətdə qeyd edilir. Belə ki, iddiaçı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Göygöl Suvarma Sistemləri İdarəsinin sabiq rəisi İlqar Maharramovun özbaşınalığı ücbatından işdən çıxarılmışdır.Əsas səbəb olaraq göstərilir ki, Azər Mamedov 2020-ci ildə guya iki ay ardıcıl olaraq işə gəlməmişdir.Məlum dövürdə nəyin ki,ölkəmizdə eləcə də dünyada koronavirus pandemiyası ücbatından karantin elan edilmişdir.Hətta azərbaycanın müxtəlif rayonlarında komendant saatıda tətbiq edilmişdir. Məhz bu pandemiya dövüründə dövlət və qeyri-neft sektorunda çalışanlara hər ay dövlət büdcəsindən də maaşlar verilirdi. Göygöl Suvarma Sistemləri İdarəsinin sabiq rəisi İlqar Maharramov o zaman iddiaçı ilə aralarında yaranmış olan maaş problemi ilə bağlı onu vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz işdən çıxarmışdır. Bu ədalətsiz qərarla razılaşmayan Kəlbəcərli məcburi köçkün Göygöl rayon Məhkəməsinə İdda ərizəsi ilə müraciət edib.Buna baxmayaraq Göygöl rayon Məhkəməsi 21 sentyabr 2020-ci il tarixdə sözügedən mülki işə baxaraq iddianı rədd etmişdir. Bundan sonra İddiaçı Azər Məmmədov Göygöl Rayon Məhkəməsinin 21.09.2020 – ci il tarixli , 2 ( 066 ) -1068/2020 saylı qətnaməsindən Apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi mülki işə baxraq aşağıdakı qərarı qəbul etmişdir: “Göygöl Rayon Məhkəməsinin 21.09.2020 – ci il tarixli 2( 066 ) -1068/2020 saylı Apellyasiya şikayəti təmin edilsin . qətnaməsi ləğv edilsin . İş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilsin . Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Maharramovun 14.07.2020 – ci il tarixli , 65 saylı amri etibarsız hesab edilsin . Mamedov Azər İslam oğlu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Göygöl Suvarma Sistemləri İdarəsində buldozerçi işinə bərpa edilsin və işə bərpa olunduğu günədək məcburi iş buraxdığı günlər üçün ştat cədvəlinə uyğun əmək haqqı və digər gəlirləri hesablanıb ona ödənilsin . Qətnamədən , rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər” .
İddiaçı və cavabdehlər arasında baş verən mülki çəkişmə Ali Məhkəməyə qədər gedib çıxsada yenədə kassasiya instansiyası məhkəməsi Azər Mamedovun xeyrinə qərar qəbul etmişdir. Sonda çıxarılmış olan bütün qərarlar icraya yönəldilsədə yenədə Göygöl Suvarma Sistemləri İdarəsinin rəhbərliyi Göygöl rayon Məhkəməsinə ərizə ilə müraciət edib.Ərizədə qeyd edilir ki, guya o vaxtı Azər Maamedovun Göygöl rayon Məhkəməsində mülki işinə baxılarkən bəzi ifadələri protokola göstərilməmişdir. Təəssüf edərək bildiririk ki, baş verənlər hakimin ədalət mühakiməsində artıq tərəf seçdiyini, tərəflərin hüquq bərabərliyini pozaraq son qərarının kimin xeyrinə olacağını bəlli etdiyini, cavabdeh tərəfin “sifariş”inə adekvat reaksiyasını göstərir. Bu isə müstəqilliyi dövlət tərəfindən təmin olunan hakimin müqəddəs andına yaraşmır. Sonda Kəlbəcərli köçkün mətbuat vasitəsi ilə Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədovnə üz tutaraq xahiş edir ki, 3 il davam edən bu süründürməçiliyə son qoyulması üçün aidiyyatı üzrə müvafiq göstərişlər versin. Redaksiya olaraq inanırıq ki, Göygöl rayon Məhkəməsinin sədri Qələmdar Abbasov üç ildir ki, yollarda sürünən İddiaçının eləcədə Yuxarı instansiyaların qərarlarının icra edilməsinə hörmətlə yanaşıb Göygöl Suvarma Sistemləri İdarəsinin sifarişlərini rədd edəcəkdir. Səsləndirilən iddalarla bağlı qarşı tərəflərin də mövqeyini dərc edə bilərik. Fikrət Məmmədova ünvanlanmış olan video-şikayəti təqdim edirik: