Tərtərdə “Heydər Əliyev İli” çərçivəsində növbəti iməcilik keçirilib


Respublika Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycan 
Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi və Ümummilli Liderin 
anadan olmasının 100 illiyi ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər 
Planına əsasən növbəti iməcilik keçirilib.

Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin Heydər Əliyev prospektində, 
Nizami küçəsində keçirilən iməcilikdə rayonun idarə, müəssisə və təşkilatlarının 
kollektivləri, Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin əməkdaşları, sakinlər fəal 
iştirak ediblər.
Əvvəlcə ərazidə təmizlik işləri aparılıb, səkilər təmizlənib, qurumuş ağaclar ərazidən 
götürülüb, mövsümlə əlaqədar ağac və kollarda budama aparılıb. Ərazidə ətraf mühit, 
insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantıları təmizlənərək 
 Kommunal Təsərrüfatı İdarəsinin xüsusi nəqliyyat vasitələri ilə ərazilərdən daşınıb. 
Aksiyada iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 
bildirib ki, təbiətin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması xalqımızın Ümummilli 
Lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Ulu Öndər 
Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət Prezident İlham Əliyev tərəfindən 
uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin 
təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Tarix: 1-04-2023, 12:25
Xəbəri paylaş





Xəbər lenti