Bərdə DYP hər fürsətdə sürücülərin "cibinə girməyi" bacarır - BƏRƏKALLAH...
Mən hər zaman DYP -nin sürücülərə qarşı daynama durma qaydalarına görə əsassız vurulan cərimələrin əlehinə olmuşam. BDYPİ sual edə bilər ki, necə yəni əsassız yazılan cərimələr. Əsassız ona görə deyirəm ki, bir yerdə və ya ərazidə ki, avtomobillərin parklanması üçün xüsusi yer yoxdursa, sürücülər bu üzdən də öz avtomobilini yol kənarlarında saxlamağa məcburdurlarsa və yol polisi bu vəziyyətdən yararlanaraq onlara qarşı parklanma qaydalarının tələblərinin pozulmasına görə cərimə yazırsa, əlbəttə ki, bu cərimə qanunsuz və əsassız sayılmalıdır. Bunun adı açıq aşkar cibgirlik və soyğunçuluqdur. Və yaxud nəqliyyat sahiblərinin cibinə göz görə görə görməkdir. DYP əməkdaşları o zaman bu tələbin pozulmasına görə cərimə yazmalıdır ki, həmin ərazidə avtomobillərin parklanması üçün yer mövcud olsun və sair. Daha cibə girməklə büdcəni doldurmaq olmaz. İnsanları, onların dolanışığını nəzərə almaq vacib məsələdir. Təssüf ki, bəzi yol polisləri bunun fövqünə varmır, sürücülərə qarşı amansız davranır, onlara əsassız cərimələr yazırlar. Mən bu gün bunları Bərdə yol polislərinin "xidməti fəaliyyətlərində" bir daha gördüm və əmin oldum ki, onlar hər fürsətdə yol hərəkəti iştirakçılarının cibinə necə girirlər. Hər halda bəllidir ki, bu günləri 11-ci siniflərin buraxılış imtahanları keçirilir. Və mənim də övladım 11-ci sinifi bitirdiyindən (ingilis dili üzrə) imtahanı Bərdə rayon 5 nömrəli məktəbə düşüb. Hamı kimi məndə öz övladımı Bərdə rayonuna gətirmişəm. Və həyacanla gözləyirik. Əlbəttə ki, övladlarını imtahan üçün gətirən valideynlər öz avtomobillərini məktəbin qarşısında yolun kənarında saxlamalı olub. Lakin Bərdə rayon DYP -ləri yol kənarında dayanmış bütün avtomobillərin dövlət qeydiyyat nömrəsini çəkərək dayanma durma qaydalarının pozulması tələbi ilə cərimə cərimə vurur. Hansı ki, ərazidə avtomobillərin dayanması üçün xüsusi yer bele yoxdur. Lakin buna baxmayaraq Bərdə rayon YP -ləri fürsəti fövtə vermir. Sizcə, yol polisləri belə vəziyyətdə humanist və ya vicdanlı davranmalı deyilmı? İnsanların vəziyyətini nəzərə almaq qanunun başlıca meyarıdır. İnsanların ah-naləsi ilə büdcəni doldurmurlar, əziz yol polisləri. Heç olmasa bu günkü vəziyyəti, valideynlərin övladlarını başqa rayonlardan imtahan üçün Bərdə rayonuna qonaq gəldiklərini nəzərə alın. Ayıbdır. Mən DİN cənab Vilayət Eyvazovdan xahiş edirəm ki, belə məqamlarda yol polislərinə insanlara qarşı humanist davranmağı öyrətsin. Ramin Qurbanovun fb.com səhifəsindəki paylaşımından https://www.facebook.com/profile.php?id=100074039715623