İcra başçısı növbəti dəfə vətəndaşları qəbul edib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə 
vətəndaşları qəbul edib. Qəbulda 25 nəfər vətəndaşın müraciəti dinlənilib.

Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
Qəbula gələn vətəndaşlar əsasən Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla, 
işlə təmin olunma, heyvandarlıq zərfi üzrə aktivlərlə təmin olunma, həyətyani torpaq 
sahəsi ilə təmin olunma, maddi yardım, pay torpaq sahəsinə gedən yolun zəbt 
olunması, əkin üçün bələdiyyədən icarəsinə torpaq sahəsinin ayrılması, ev təmirinə 
köməklik, evlə təmin olunma, həyətyani torpaq sahəsinin sərhədlərinin müəyyən 
edilməsi, suvarma suyu ilə təmin olunma, yeni tikilmiş fərdi yaşayış evinin qaz xəttinə 
qoşulması və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon 
rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər 
qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq 
izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.
Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının 
yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham 
Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını 
bildiriblər.
Tarix: 4-04-2023, 18:42
Xəbəri paylaş





Xəbər lenti