Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tərtər rayonunda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirib


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tərtər rayonunda “Heydər Əliyev İli” 
çərçivəsində ağacəkmə aksiyası keçirib

“Heydər Əliyev İli” çərçivəsində Tərtər rayonunun Xoruzlu kəndində ağacəkmə 
aksiyası keçirilib.
 Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan aksiyada rəqəmsal inkişaf 
və nəqliyyat naziri Rəşad Nəbiyev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı 
Müstəqim Məmmədov, nazirliyin əməkdaşları və Xoruzlu kənd tam orta məktəbinin 
kollektivi iştirak edib.
 Aksiya zamanı sözügedən ərazidə 30 ədəd Eldar şamı, 30 ədəd sərv, 30 ədəd tuya 
və 10 ədəd göyrüş ağacı əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.
 Qeyd edək ki, aksiyanın təşkil edilməsində məqsəd ölkəmizdə ətraf mühitin, meşə 
zolaqlarının qorunması və mühafizəsinə hər zaman diqqət göstərmiş Ulu Öndər 
Heydər Əliyevin əziz xatirəsini yad etmək, rayon ərazisində yaşıllıqların 
genişləndirilməsi və ekoloji tarazlığın bərpasına kömək etməklə təbiətə töhfə 
verməkdir.
Tarix: 11-04-2023, 18:40
Xəbəri paylaş





Xəbər lenti