İcra başçısı Qazyan kənd ümumi orta məktəbində mövcud şəraitlə tanış olub

İcra başçısı Qazyan kənd ümumi orta  məktəbində mövcud şəraitlə tanış olub
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 120 şagirdin təhsil
aldığı Qazyan kənd ümumi orta məktəbində mövcud şəraitlə yaxından tanış olub,
pedaqoji və şagird kollektivləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Bu barədə DİA.AZ-a yerli RİH-dən informasiya verilib.
Məktəbdə görülmüş işlərlə yaxından tanış olan rayon rəhbəri  tədris, təlim-tərbiyə
prosesi ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdənyayınma hallarına yol
verilməməsini, valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb
olunmasını, “Covid-19” pandemiyası ilə mübarizə üçün gündəlik gigiyenik qaydalara
əməl olunmasını tövsiyə edib.
Rayon rəhbəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  44 günlük
Vətən müharibəsində Milli Ordunun qazandığı şanlı qələbə və torpaqlarımızın ərazi
bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz haqqında məlumat verib,
şəhidlərin qısa, ancaq hər kəsə örnək olan həyatlarından, onların döyüş şücaətlərindən
danışıb, məktəblilərə təhsildə uğurlar arzulayıb.

İcra başçısı Qazyan kənd ümumi orta  məktəbində mövcud şəraitlə tanış olub
İcra başçısı Qazyan kənd ümumi orta  məktəbində mövcud şəraitlə tanış olub
İcra başçısı Qazyan kənd ümumi orta  məktəbində mövcud şəraitlə tanış olub
İcra başçısı Qazyan kənd ümumi orta  məktəbində mövcud şəraitlə tanış olub

Tarix: 13-04-2023, 19:42
Xəbəri paylaş





Xəbər lenti