Rayon rəhbəri birinci Qarabağ Müharibəsi şəhidi Kazımov Ərəstun Şəmsəddin oğlunun ailəsi ilə görüşüb



Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik 
və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin 
rəisi Elşən Abdullayev və YAP rayon təşkilatının sədri Eldar Əsədovla 
birlikdə rayonun Qazyan kəndində birinci Qarabağ Müharibəsi şəhidi 
Kazımov Ərəstun Şəmsəddin oğlunun ailəsi ilə görüşüb, onların problemləri 
və qayğıları ilə maraqlanıb.

Qeyd edək ki, birinci Qarabağ Müharibəsi şəhidi Kazımov Ərəstun 
Şəmsəddin oğlu 1975-ci ilin yanvar ayının 1–də Tərtər rayonunun Qazyan 
kəndində anadan olub. Xidmət etdiyi hərbi hissənin tərkibində Həsənqaya, 
Talış, Çaylı kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. 1993-cü ilin 
dekabr ayının 28-də Çaylı kəndi ətrafında gedən döyüşlərdə şəhid olub.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə 
Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham 
Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz 
minnətdarlıqlarını bildiriblər.
Tarix: 13-04-2023, 20:10
Xəbəri paylaş





Xəbər lenti