Naxçıvanda səfərbərlik sistemi ÇALXALANIR... - Polkovnik görəvdən alındı, Bakıdan gedən kadrlar...


Məlum olduğu kimi bir neçə gün əvvəl Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin yaradılması və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzaladı. DİA.AZ bildirir ki, bunun da nəticəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin Naxçıvan üzrə baş idarəsi yaradıldı.

Xatırladaq ki, buna qədər Naxçıvanın sözügedən qurumnda təftiş getdiyi söylənilirdi. DİA.AZ-ın xəbərinə görə, hələ bu ilin yanvar ayında verilən informasiya qeyd olunurdu ki, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yoxlamalar başlayıb.

Yoxlamalar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəzifəli şəxsləri tərəfindən aparıldığı də xəbərlər içində idi.

Və bu yoxlamalar bitən kimi Prezidentin məlum fərmanı verildi.

Bu gün isə aydın olur ki, Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi polkovnik Mirzə Cəlilov da vəzifəsindən azad olunub.

Hal hazırda Xidmətinin bir sıra yeni əməkdaşları Bakıdan Naxçıvana gedib.

DİA.AZ-a danışan mənbə sözügedən qurumun bəzi əməkdaşlarının işi ilə hüquq-mühafizə orqanları məşğul ola bilər. Bu barədə daha geniş yazımız olacq. Bizi izləməyə davam edin.

Məsələ ilə bağlı SİAM.AZ olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Tarix: 14-04-2023, 11:33
Xəbəri paylaş





Xəbər lenti