Tərtərdə “Heydər Əliyev İli” çərçivəsində mütamadi olaraq iməciliklər keçirilir
Respublika Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycan
Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi və Ümummilli Liderin
anadan olmasının 100 illiyi ilə əlaqədar respubikamızın hər yerində olduğu kimi, Tərtər
rayonunda da rayon icra hakimiyyətinin Tədbirlər Planına əsasən silsilə tədbirlər
keçirilir.Tədbirlər Planına uyğun olaraq aprelin 15-də Tərtər Rayon İcra Hakimiyyətinin
təşkilatçılığı ilə Heydər Əliyev prospektində “Ana abidəsi” adlanan ərazidə keçirilən
iməcilikdə rayon icra hakimiyyətinin və İƏD üzrə nümayəndəliklərin əməkdaşları iştirak
ediblər.
Əvvəlcə ərazidə təmizlik işləri aparılıb, ağacların dibləri və köhnəlmiş qazon hissələr
yenidən səpilməsi üçün bellənib, səliqə-səhman yaradılıb.
İməciliyin keçirilməsində məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf
mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş ulu öndər Heydər
Əliyevin əziz xatirəsini yad etmək, ümummilli liderin yaşıllaşdırma ənənələri irsini
davam etdirmək, ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliq və
yaşatmaqdan ibarətdir.
Tarix: 15-04-2023, 13:00