“Heydər Əliyev ili” çərçivəsində Tərtərdə növbəti ağacəkmə aksiyası keçirilib



Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi 
haqqında” Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına 
əsasən Umummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər 
Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər 
Planına əsasən  aprel ayının 17-də rayon icra hakimiyyətinin təşkilatçılığı ilə  
şəhərin Mahir Əsədov küçəsində ağacəkmə aksiyası keşirilib.

Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, 
YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon icra hakimiyyətinin, idarə, 
müəssisə və təşkilatların, Kommunal Təsərrüfatı İdarəsinin əməkdaşları, YAP 
rayon təşkilatının könüllüləri, İƏD üzrə nümayəndələr, şəhər sakinləri iştirak 
ediblər.
Ağacəkmə aksiyasında iştirak edən rayon rəhbəri bildirib ki, təbiətin 
mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması xalqımızın Ümummilli Lideri 
Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Ulu Öndər 
Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət Prezident İlham Əliyev 
tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və 
ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata 
keçirilir.
Aksiya çərçivəsində 375 ədəd eldar şamı əkilib.
Tarix: 17-04-2023, 18:33
Xəbəri paylaş





Xəbər lenti