Rayon rəhbərinin Kəngərli kəndində növbəti səyyar qəbul-görüşü keçirilib

Rayon rəhbərinin Kəngərli kəndində növbəti səyyar qəbul-görüşü keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə
uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri
keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən
məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında
aradan qaldırmaqdır. Bu barədə Siam.az-a yerli RİH-dən xəbər verilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş
qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun Kəngərli kəndində keçirilib.
Qəbulda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon
şöbəsinin rəisi Elşən Abdullayev, YAP rayon təşkilatının sədri, səhiyyə, təhsil,
mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə
sədrləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə icra başçısı kənddə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş
şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri qoyub.
Rayon rəhbəri qəbulda möhtərəm Prezident cənab İlham Əliyevin  diqqət və qayğısı
altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq
işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş
həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, qələbədən sonra bərpa
olunan kəndlərə, eləcə də rayonun Talış kəndinə əhalinin köçürülməsindən, ölkə
rəhbərinin Novruz bayramında Talış kəndinə səfərindən, şəhid və qazi ailələrinə, vətən
müharibəsi veteranlarına dövlət tərəfindən göstərilən dəstəkdən danışıb. Rayon rəhbəri
aprelin 23-də Azərbaycanın tarixində ən əlamətdar bir tarix kimi yaddaşlara həkk
olunduğunu bildirib. Qeyd olunub ki, həmin tarixdə Azərbaycan tərəfindən Ermənistan
ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında Dövlət Sərhəd Xidmətinin nəzarət-
buraxılış məntəqəsinin qurulması ölkəmizin əraziləri üzərində süverenliyinin növbəti
təsdiqidir. Bununla yanaşı, Cənubi Qafqazda sülhün, sabitliyin, rifahın-əminamanlığın
təməlinin qoyulması istiqamətində mühüm addımdır.
Sonra kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə
məlumat verilib.
Bildirilib ki, Kəngərli kəndinin 610 hektar ərazisi, 312 təsərrüfatı, 1541 nəfər əhalisi var.
Ərazidə 1 məktəb, 1 tibb məntəqəsi, 1 kitabxana, 1 körpələr evi-uşaq baxçası, 12
ticarət, 1 iaşə və 1 məişət xidməti obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və
maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su  ilə təmin olunub.
Sakinlər 569 baş iribuynuzlu, 451 baş xırdabuynuzlu heyvan, 4645 baş quş, 135 arı
ailəsi  saxlayırlar.
Son üç ildə Kəngərli kəndində magistral və kəndarası yollara 153 ədəd şam və meyvə
ağacları, 1500 ədəd çəkil tingi əkilib, məişət tullantılarının atılması üçün 2 ədəd iri
həcmli quyu qazılıb, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra
Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini
qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən
nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha
qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına
ehtiyac olduğunu bildirib.
İcra başçısı sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən Yazgül Məmmədova pay torpaq sahəsində olan mübahisə ilə bağlı
müraciət edib.
Qaldırılan məsələ ilə bağlı rayon rəhbəri tərəfindən vətəndaşa müvafiq izzahat verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına,
şəhid ailələri  və qazilərə  göstərilən diqqət va qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban
xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Rayon rəhbərinin Kəngərli kəndində növbəti səyyar qəbul-görüşü keçirilib
Rayon rəhbərinin Kəngərli kəndində növbəti səyyar qəbul-görüşü keçirilib
Rayon rəhbərinin Kəngərli kəndində növbəti səyyar qəbul-görüşü keçirilib
Rayon rəhbərinin Kəngərli kəndində növbəti səyyar qəbul-görüşü keçirilib

Tarix: 27-04-2023, 14:37
Xəbəri paylaş





Xəbər lenti