Tərtərdə tədbir keçirilib

Tərtərdə tədbir keçirilib
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin
təşkilatçılığı ilə aprel ayının 18-də Ümummilli Liderin 100 illik yubileyi münasibəti ilə
rayon ərazisində yerləşən N saylı hərbi hissələrin hərbçiləri və ümumtəhsil
məktəblərinin yuxarı sinif şagirdləri arasında Tərtər Olimpiya İdman Kompleksində
start verilmiş kütləvi idman tədbirləri və Uşaq Gənclər Şahmat məktəbində təşkil
edilmiş viktorina, rəsm və əl işlərindən ibarət sərgilərə aprel ayının 28-də yekun vurulub.
Bu barədə Siam.az-a yerli RİH-dən məlumat verilib.
Tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin, Yeni Azərbaycan
Partiyasının rayon təşkilatının, rayonun Təhsil sektorunun, Mədəniyyət Mərkəzinin,
Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin, Gənclər və İdman İdarəsinin nümayəndələri,
şəhid ailələri, qazilər, "N" nömrəli hərbi hissənin şəxsi heyəti, məktəblilər, eləcə də
ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Liderin Tərtər şəhəri ərazisindəki Mərkəzi meydanda ucaldılan
abidəsi önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla anılıb. Sonra Ulu Öndər Heydər
Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir
dəqiqəlik sükutla yad edilib.
Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış
edərək Ümummilli Liderin 100 illik yubileyi münasibəti ilə rayonda keçirilən silsilə
tədbirlərdən, Ulu Öndərin hakimiyyəti illərində rayonun sosial–iqtisadi inkişafından,
dövlətçiliyimizin qorunub saxlanması istiqamətində Heydər Əliyevin göstərdiyi gərgin
siyasi fəaliyyətdən, Ulu Öndərin Vətən və millət üçün gördüyü genişmiqyaslı işlərdən,
ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasındakı müstəsna xidmətlərindən
danışıb. Qeyd edib ki, Azərbaycan Ordusunun müasir, müstəqil dövlətimizin qurucusu
olan Ulu Öndər formalaşdırıb. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə
yerinə yetirmək iqtidarına malik olan Azərbaycan Silahlı Qüvvələri bu gün NATO
standartlarına cavab verən səviyyədədir. Ümummilli Liderin mahir diplomatiyası və
uzaqgörən siyasəti nəticəsində yaradılan C.Naxçıvanski adına hərbi məktəb
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, ordu quruculuğunda əsas bazalardan
birinə çevrilib. Ümummilli Lider deyirdi: “Biz C.Naxçıvanski adına Hərbi Litseyin ilk
bünövrə daşlarını qoyanda o bizim üçün nəzəriyyə deyirdi, böyük gələcəyə,
Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması
üçün ilk uğurlu addımlar idi”.
Vahid komandanlığa tabe olan müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan
Ordusu Ümummilli Lider Heydər Əliyevin başladığı və Ali Baş Komandan cənab İlham
Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə dahada
möhkəmlənir, döyüş meydanında qalib ordu kumi öz sözünü deyir. 44 günlük Vətən
Müharibəsində qazanılan zəfər bunun əyani sübutudur.
Tədbirdə cıxış edən Azərbaycan Respublikası Müdafiə Nazirliyində İdeoloji şöbənin
müdiri, polkovnik Elşad Əbilov, üç qat yay olimpiya oyunlarının hakimi, “London 2012”
oyunlarının “qızıl fit” mükafatçısı, hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyasında baş müəllim işləyən Hicran Şərifov Ümummilli Lider Heydər Əliyevin
hakimiyyətdə olduğu illərdə Azərbaycan Ordusunu və onun formalaşması prosesini
diqqət mərkəzində saxladığını, hələ sovet dönəmində onun uzaqgörənliyi sayəsində
Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılmasını, bununla gələcəkdə
Azərbaycan Milli Ordusunun formalaşması üçün kadr probleminin həlli yolunda mühüm
addım atıldığını vurğulayıblar.
Yekun tədbirdə 3 km məsafəyə qaçış, şahmat, rəsm və əl işlərindən ibarət sərgi, futbol,
voleybol, tenis, viktorinalarda fərqlənənlər fəxri fərman, medal, kubok və qiymətli
hədiyyələrlə təltif ediliblər. Həmçinin Vətən qoruyucularının asudə vaxtlarının təşkili ilə
bağlı keçirilən tədbirlər nümayiş olunub.
Sonra Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən
“Əsgərə məktub” layihəsi çərçivəsində Vətən müdafiəçilərinə məktublar ünvanlanıb.
Torpaqlarımızın keşiyində ayıq-sayıq, mərdanə dayandıqlarına görə onlara uğurlar
arzulanıb və əsgərlik müddətini uğurla başa vuraraq sağ-salamat evlərinə dönmələrini
arzulayıblar.
Sonda tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə təntənəli konsert proqramı
təqdim olunub.
Yekunda Müdafiə Nazirliyinin əməkdaşlarına və incəsənət nümayəndələrinə Tərtər
Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanlar təqdim edilib.

Tərtərdə tədbir keçirilib
Tərtərdə tədbir keçirilib
Tərtərdə tədbir keçirilib
Tərtərdə tədbir keçirilib

Tarix: 28-04-2023, 17:15
Xəbəri paylaş





Xəbər lenti