Güney Azərbaycan problemi yenidən siyasi masalara çıxır
AzadlıqRadiosunun Rus xidməti yazır ki, ötən il İranda başlanmış antihökumət etirazlarının fonunda bu bölgənin Tehrandan muxtariyyətini tələb edən hərəkat formalaşıb.Bütün Knesset üzvlərinin dörddə birini təşkil edən 32 deputat İsrail XİN-dən İran müxalifətinə və İran Azərbaycanındakı əhaliyə qarşı Tehranın repressiv siyasətinə diqqət ayırmağı rica ediblər.
Sözü gedən deputatların müraciətində deyilir:
"Bu, İranda 20 milylondan çox sayı olan ən böyük etnik qrupdur. Rejim azərbaycanlı azlığın öz irsini və dilini oyrənməsini və gələcək nəsillərə ötürməsini, habelə uşaqlarına azərbaycanlı adların verilməsini məhdudlaşdırmaqla bu qrupa qarşı mədəni soyqırım siyasəti yürüdür”.
Yəni artıq Güney Azərbaycan məsələsi təkcə Quzey Azərbaycanın qayğısı deyil, deyə bilərik.
Azər Fikrətoğlu
SİAM.AZ
Tarix: 30-04-2023, 23:04