İcra başçısı növbəti dəfə vətəndaşları qəbul edib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə 
vətəndaşları qəbul edib. Qəbulda 13 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri 
və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
Qəbula gələn vətəndaşlar əsasən işlə təmin olunma, maddi yardım, pay torpaq 
sahəsinnin suvarılması, sahibkarlıq obyektinin tikilməsi üçün icazə, Tibbi Sosial Ekspert 
Komissiyası tərəfindən əlilliyin təyin edilməməsi, dövlət mülkiyyətində olan torpaq 
sahəsindən icarəyə ayrılması, suvarma arxlarının təmizlənməsi və digər şəxsi 
məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən 
diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun 
çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar 
verilib, vətəndaş məmnunluğu təmin olunub.
Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının 
yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham 
Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını 
bildiriblər.

Tarix: 3-05-2023, 10:21
Xəbəri paylaş





Xəbər lenti