Tərtərdə yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirilib

Tərtərdə yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirilib
Mayın 3-də Tərtər Rayon Gənclər Mərkəzində rayon icra hakimiyyətinin, FHN-
nin Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin və Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə meşə, yaşıllıq və əkin sahələrində
baş verə biləcək yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin
artırılması, bu sahədə birgə əməkdaşlığın genişləndirilməsi mövzusunda
tədbir keçirilib. Bu barədə SİAM.AZ-a yerli RİH-dən məlumat verilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin
Umudov, FHN-nin Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəis
müavini Aqil Mustafayev, aidiyyəti qrumların əməkdaşları, inzibati ərazi
dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və fermerlər iştirak edib.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov və FHN-nin
Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəis müavini Aqil Mustafayev
tədbirdə çıxış edərək biçilmiş taxıl zəmilərinin, o cümlədən həmin sahələrin
yüksək gərginlikli hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında
yerləşən hissələrinin şumlanması, habelə meşə yanğınlarına qarşı mineral
zolaqların çəkilməsi, məişət və sənaye tullantılarının həmin ərazilərə
atılmaması barədə əhali arasında, ilk növbədə fermerlər və torpaq
mülkiyyətçiləri ilə geniş izahat işlərinin aparılmasını qeyd etdilər, bu
istiqamətdə qarşıda duran vacib məsələlərdən danışdılar. Bilərəkdən yanğın
hadisəsi törədərək təbiətə və torpağın münbit qatına ziyan vuran şəxslərin
müəyyən edilərək barələrində inzibati qaydada tədbirlərin görüləcəyini
bildirdilər.
Qarşılıqlı diskusiya şəkilində keçirilən tədbirdə iştirakçılarn sualları
cavablandırılıb.

Tərtərdə yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirilib
Tərtərdə yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirilib

Tarix: 3-05-2023, 16:43
Xəbəri paylaş





Xəbər lenti