Respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da ölkə
iqtisadiyyatının əsas tərkib hissəsini təşkil edən kənd təsərrüfatı uğurla inkişaf
etdirilir. Dövlət başçısı cənab İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə
bağlı imzaladığı müvafiq fərman və sərəncamlara, verdiyi tapşırıq və
tövsiyələrə uyğun olaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Kənd
təsərrüfatının demək olar ki, bütün sahələrində – pambıqçılıq, taxılçılıq, şəkər
çuğunduru, baramaçılıq, eləcə də digər sahələri üzrə yüksək göstəricilər əldə
olunur.
"Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair
2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
Respublika Prezidenti İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli Sərəncamının
icrası ilə əlaqədar olaraq son illər rayonda baramaçılığın inkişaf etdirilməsi
istiqamətində uğurlu tədbirlər həyata keçirilir. İpəkqurdunun yem bazasının
yaradılması üçün rayon ərazisində 2016-2023-cü illər ərzində 374 mindən
artıq tut tingi əkilib. 2022-ci ildə rayonda 10 min 200 kiloqram barama istehsal
edilib. Bu il isə 15 min kiloqram barama istehsalı nəzərdə tutulub. Bu
məqsədlə Bərdə Baramaqurutma İdarəsindən gətirilən 375 qutu barama
qurdu kümçülərə təhvil verilib.
Bu gün Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov
rayonun Cəmilli, Dəmirçilər və Seydimli kəndlərində ipək qurdu saxlayan
kümçülərlə görüşüb, ipəkqurdunun saxlanma şəraiti və mövcud vəziyyətlə
tanış olub.
Rayon rəhbərinə məlumat verilib ki, ipəkqurdu yetişdirmək üçün əvvəlcədən
lazım olan bütün hazırlıq işləri görülüb, otaqlar lazımi istiliklə təmin edilib.
Rayon rəhbəri kümçülərə strateji məhsul olan barama istehsalında yüksək
məhsuldarlığın əldə olacağına inandığını bildirərək, onlara uğurlar arzulayıb.
Mövcud çatışmazlıqların tez zamanda aradan qaldırılması üçün lazimi tövsiyə
və tapşırıqlarını verib.
Tarix: 4-05-2023, 17:27