Rayon rəhbərinin Cəmilli kəndində növbəti səyyar qəbul-görüşü keçirilib


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə 
uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri 
keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən 
məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında 
aradan qaldırmaqdır.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş 
qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun Cəmilli kəndində keçirilib.
Qəbulda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon 
şöbəsinin rəisi Elşən Abdullayev, YAP rayon təşkilatının sədri Eldar Əsədov, səhiyyə, 
təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, 
bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə icra başçısı kənddə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş 
şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb.
Rayon rəhbəri qəbulda möhtərəm Prezident cənab İlham Əliyevin  diqqət və qayğısı 
altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq 
işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş 
həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, qələbədən sonra bərpa 
olunan kəndlərə, eləcə də rayonun Talış kəndinə əhalinin köçürülməsindən, ölkə 
rəhbərinin Novruz bayramında Talış kəndinə səfərindən, şəhid və qazi ailələrinə, vətən 
müharibəsi veteranlarına dövlət tərəfindən göstərilən dəstəkdən danışıb. Rayon rəhbəri 
aprelin 23-də Azərbaycanın tarixində ən əlamətdar bir tarix kimi yaddaşlara həkk 
olunduğunu bildirib. Qeyd olunub ki, həmin tarixdə Azərbaycan tərəfindən Ermənistan 
ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında Dövlət Sərhəd Xidmətinin nəzarət-
buraxılış məntəqəsinin qurulması ölkəmizin əraziləri üzərində süverenliyinin növbəti 
təsdiqidir. Bununla yanaşı, Cənubi Qafqazda sülhün, sabitliyin, rifahın-əminamanlığın 
təməlinin qoyulması istiqamətində mühüm addımdır. Rayon rəhbəri həmçinin Aprelin 
29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının 
Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik 
və texnologiya festivalında iştirakından da danışıb.
Sonra kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə 
məlumat verilib.
Bildirilib ki, Cəmilli kəndinin 465 hektar ərazisi, 344 təsərrüfatı, 1639 nəfər əhalisi var. 
Ərazidə 1 məktəb, 1 tibb məntəqəsi, 1 kitabxana, 2 ticarət, 1 iaşə və 2 məişət xidməti 
obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd 
daimi işıq, qaz və içməli su  ilə təmin olunub.
Sakinlər 650 baş iribuynuzlu, 730 baş xırdabuynuzlu heyvan, 6780 baş quş, 72 arı 
ailəsi  saxlayırlar.
Son üç ildə Cəmilli kəndində şəhidlərin xatirəsinə bulaq tikilib, Cəmilli kənd tam orta 
məktəbinin dam örütüyü, işıq və istilik sistemi, 100 kubluq su anbarı əsaslı təmir edilib, 
16 yaşayış evini birləşdirən körpü sel suları nəticəsində sıradan çıxdığı üçün bərpa 
edilərək vətəndaşların istifadəsinə verilib, magistral və kəndarası yolların kənarına 2000 
ədəd çəkil tingi və 210 ədəd çinar ağacları əkilib, pay torpaqlarına gedən su arxları 6 
km məsafədə lildən təmizlənib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-
səhmana salınıb.
 Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra 
Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini 
qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən 
nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha 
qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına 
ehtiyac olduğunu bildirib.
İcra başçısı sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən Abdullayeva Faya məktəbin təmir olunması, Nicat Nəsibov işlə 
təmin olunma, Elgün Rzayev Məşğulluq Mərkəzi tərəfindən hevandarlıq aktivləri ilə 
təmin olunma, Nofəl Kərimov su arxının təmizlənməsi, Rəşid Sultanov sel nəticəsində 
həyətinə aşmış ağacların budanaraq götürülməsi ilə bağlı müraciət edib. 
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon 
rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib..
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, 
şəhid ailələri  və qazilərə  göstərilən diqqət va qayğıya görə Azərbaycan 
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban 
xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Tarix: 4-05-2023, 17:47
Xəbəri paylaş





Xəbər lenti