Bu gün Gəncə şəhərinin Sevinc qəsəbəsi adlanan ərazisində (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən çoxlu torpaq sahələri mövcuddur.Amma son illər bu sahəyə məsul olan olan vəzifəli şəxslər özbaşına tutulmuş torpaq sahələrinə nədənsə göz yumurlar.
Sevinc qəsəbəsi ərazisində torpaq sahəsinin zəbt edilməsi ilə bağlı Dünyanınsəsi.Az saytına ərazidə yaşayan sakinlər tərəfindən şikayət daxil olub.
Qəsəbə sakinləri göndərmiş olduqları şikayətlərində qeyd edirlər ki, bir neçə aydır ki, bir nəfər işbaz yarım hektardan (0.50 ha) çox ərazini öz dədə malısı kimi zəbt edib.
Bu haqda sakinlər aidiyyatı orqanlara məlumat versələr də heç bir rəsmi tədbir görülmədiyini qeyd edirlər.
Torpaq zəbti hallarının qarşısının alınması üçün bələdiyyələr qanunsuz istifadə edilən torpaq sahələrinin geri qaytarılması üçün zəruri tədbirlər görməyə borcludurlar. Qanunvericiliyin tələblərinə əsasən həmin torpaq sahələrinin aidiyyəti üzrə geri qaytarılması üçün hüquq-mühafizə orqanlarına, o cümlədən məhkəməyə müraciət edilə bilər.Amma bu gün özbaşına tutulmuş torpaq sahəsi ilə bağlı ərazinin Bələdiyyə sədri ağzına su alaraq susur.
Məhz buna görədə qəsəbə sakinləri mətbuat vasitəsi ilə hüquq- mühavizə orqanlarının rəhbər şəxslərindən tələb edirlər ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahəsi Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmasına köməkdarlıq etsinlər.
Bələdiyyə torpaqlarının özbaşına tutularaq istifadə olunması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olur.
Qeyd edək ki, Cinayət Məcəlləsinə əsasən, torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, yəni, torpaq sahəsinin hasarlanması, becərilməsi, üzərində tikinti və ya quraşdırma işlərinin aparılması, yaxud, həmin torpaqdan istifadə edilməsinə başqa üsullarla mane olma min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılmalıdır.
Redaksiya olaraq inanırıq ki,Torpaq zəbti hallarının qarşısının alınması üçün Gəncənin hüquq mühavizə orqanlarının bu sahəyə məsul şəxləri zəruri tədbirlər görməklə sözügedən zəbt olunmuş torpaq sahəsini geri qaytaracaqdır.
Dünyanınsəsi.Az
Tarix: 4-05-2023, 23:24