“Heydər Əliyev ili” çərçivəsində Tərtərdə növbəti ağacəkmə aksiyası keçirilib

“Heydər Əliyev ili” çərçivəsində Tərtərdə növbəti ağacəkmə aksiyası keçirilib
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında”
Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Umummilli
Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə
dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən rayon icra
hakimiyyətinin təşkilatçılığı ilə şəhərin Rasim Mürsəlov küçəsində ağacəkmə aksiyası
keşirilib. Bu barədə SİAM.AZ-a yerli RİH-dən məlumat verilib.
Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Tərtər rayon
Məhkəməsinin sədri Tahir Qubadov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon
icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların, Kommunal Təsərrüfatı İdarəsinin
əməkdaşları, YAP rayon təşkilatının könüllüləri, İƏD üzrə nümayəndələr, şəhər sakinləri
iştirak ediblər.
Ağacəkmə aksiyasında iştirak edən rayon rəhbəri bildirib ki, təbiətin mühafizəsi, ekoloji
vəziyyətin yaxşılaşdırılması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin çoxşaxəli
fəaliyyətinin mühüm tərkib hissəsi olub. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu
ekoloji siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə
ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl
tədbirlər həyata keçirilir.
Aksiya çərçivəsində 200 ədəd eldar şamı əkilib.

“Heydər Əliyev ili” çərçivəsində Tərtərdə növbəti ağacəkmə aksiyası keçirilib
“Heydər Əliyev ili” çərçivəsində Tərtərdə növbəti ağacəkmə aksiyası keçirilib
“Heydər Əliyev ili” çərçivəsində Tərtərdə növbəti ağacəkmə aksiyası keçirilib
“Heydər Əliyev ili” çərçivəsində Tərtərdə növbəti ağacəkmə aksiyası keçirilib

Tarix: 5-05-2023, 13:03
Xəbəri paylaş





Xəbər lenti