Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sədrliyi ilə keçirilən
müşavirədə rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, İƏD üzrə
nümayəndələr, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Müşavirədə rayon rəhbəri tərəfindən aidiyyəti qrumların rəhbərlərinə Heydər Əliyev ili
ilə bağlı Tədbirlər Planının icrasının təmin edilməsi, Ulu Öndər Heydər Əliyevin 100 illik
yubileyi münasibəti ilə 10 may 2023-cü il tarixdə keçiriləcək ümumrayon tədbirinin və
konsert proqramının təşkil edilməsi, idarə müəssisə və təşkilatlarda Ulu Öndərlə bağlı
tədbirlərin il ərzində davam etdirilməsi barədə müvafiq tapşırıq və tövsiyələr verilmişdir.
Həmçinin müşavirədə Azərbaycan Respublikası Prezidentinin fərman və
sərəncamlarının yerinə yetirilməsi, icra nümayəndələri tərəfindən "ev təsərrüfatlarının
uçotu sistemi”nə işlənmiş məlumatlarda dürüstləşmə işlərinin aparılması, vətəndaş
müraciətlərinə müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq operativ surətdə
baxılaraq vətəndaş məmnunluğunun təmin olunması, şəhid və qazi ailələrinin problem
və sosial qayğılarının öyrənilib həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, İƏD
üzrə nümayəndələr tərəfindən əhali arasında əmlaklarının sğortalanması istiqamətində
marifləndirmə işlərinin aparılması, şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti,
yerlərdə səyyar qəbulların təşkili, rayon ərazisində aparılan tikinti işlərinin mövcud
qanunvericiliyin və şəhərsalma-arxitektura tələblərinə uyğun təmin edilməsi, əkin
sahələrinin suvarılma suyuna olan təlabatının növbəlilik əsasında təşkil olunması, aqrar
sahədə aparılan mövsümi işlər-pambıqın becərilməsi, ipəkqurdunun yetişdirilməsi, taxıl
biçininə hazırlıq və bütün yaşayış məntəqələrində, yolkənarı ərazilərdə təmizlik-abadlıq
işlərinin aparılması məsələləri də müzakirə olunub.
Tarix: 5-05-2023, 13:26