Şəmkirlə bağlı SENSASİON AÇIQLAMA: “1 milyon manatdan çox xərc çəkilib, indi isə...”


 “Azərbaycanın turizm bölgələrində mənzillərin qiyməti bahalaşıb”.
Bunu Musavat.com-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə deyib.
ramil.jpg (64 KB)
Ekspert bildirib ki, bölgələrdə fərdi yaşayış evlərinin qiyməti torpaq sahəsindən, evin sahəsindən, təmirindən asılı olaraq dəyişir:
“Şəhərlərdə, rayon mərkəzlərində evin 1 sotunun qiyməti 1500-7000 manat arasında dəyişir. Qiymət evin yerləşməsindən asılı olaraq formalaşır. Fərdi yaşayış evlərinin qiyməti isə təxminən 15 min manatdan başlayaraq 150 min manata qədər dəyişir. Turizm potensialı yüksək olan bölgələrdə qiymətlər daha bahadır. Şimal istiqamətində götürsək, Quba, Xaçmaz, Qusar, İsmayıllı, eyni zamanda Qəbələ, Şamaxı, Göygöl istiqamətində qiymətlər yüksəkdir. Cənub zonasında isə Lənkəran və Masallıda daha bahadır. Qiymətlər artıma doğru dəyişir. Əvvəllər daha ucuz idisə, paytaxtda qiymətlərin dəyişməsi də bölgələrə təsir göstərir”.
rayon.jpg (650 KB)
“Rayondan ev almağa dəyərmi?” sualına ekspert belə cavab verib:
“Əmlak almaq heç vaxt zərərli olmur. Bəzən vətəndaşlar dəyərindən çox baha, real olmayan qiymətə av alırlar, sonra deyirlər ki, mən uduzdum. Real qiymətə uyğun olan evi almağa əlbəttə ki, dəyər. Bina evləri fərdi yaşayış evlərinə nisbətən daha tez bahalaşır, bu baxımdan vətəndaşlar daha qazanclı olurlar. Vətəndaşlar rayon mərkəzlərində bina evi alarkən çox vaxt uduzmurlar.
Rayon mərkəzlərində 1 otaqlı mənzillər təxminən 20-30 min manat arasındadır, 2 otaqlılar 30-60 min manata, 3 otaqlılar isə 25-70 min manata təklif olunur. 4 və 5 otaqlı mənzillər çox az olur.
Fərdi yaşayış evi aldıqda da qazanclı çıxa bilərlər, sadəcə vətəndaşlar diqqətli olmalıdırlar. Məsələn, əgər ev çox köhnədirsə, onu almağa dəyməz. Çünki təmir çox pul aparacaq. Belə hal xüsusilə Şəmkirdə geniş yayılıb. Şəmkirin kəndlərində bəzən elə evlər görürük ki, onlara demək olar 1 milyon manatdan çox xərc çəkilib. Həmin evləri yarı qiymətə də sata bilmirlər. Fərdi yaşayış evlərində diqqət edilməli məqamlar çoxdur – torpaq sahəsinə, yerləşməsinə, təmirinə diqqət olunmalıdır”.
Tarix: 7-05-2023, 17:33
Xəbəri paylaş





Xəbər lenti