Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov rayon polis şöbəsinin rəisi
Elçin Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon
şöbəsinin rəisi Elşən Abdullayev, Milli Məclisin deputatı Sahib Alıyevin köməkçisi Ədalət
Həsənov, Vətən Müharibəsi qaziləri, veteranları və ictimaiyyət nümayəndələri ilə birlikdə
Tərtər şəhər sakini, 2-ci qrup Vətən Müharibəsi əlili, mülki şəhid Ədavət Axundovun qızı ilə
ailə həyatı quran İsmayılzadə Elvin Şakir oğlunun toy mərasimində iştirak edib.
Toy şənliyində iştirak edən rayon rəhbəri qazinin 44 günlük Vətən müharibəsində
göstərdiyi döyüş şücaətlərindən danışıb. Elvinin torpaqlarımızın ərazi bütövlüyünü
qəhrəmanlıqla qoruduğu kimi yaxşı da ailə başçısı olacağını bildirib, “Vətəninin, torpağının
qədrini bilən oğullar həm də yaxşı oğul, yaxşı qardaş, yaxşı ömür-gün yoldaşı olur”-deyib.
İcra başçısı gəncləri təbrik edərək, qazilərə can sağlığı, şəhidlərə Ulu Tanrıdan rəhmət
diləyib, şəhid analarının əlindən öpdüyünü, qarşılarında baş əydiyini, onların “baş tacı”mız
olduğunu bildirib.
Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban
xanım Əliyevanın daim şəhid və qazi ailələrinə, müharibə veteranlarının problemlərinə
diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının
qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə
kimi müəyyən etdiyini vurğulayıb. Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının
dövlət siyasətinin prioritetlərindən olduğunu bildirib.
Toy şənliyində digər çıxış edənlər də yeni ailə quran qazini təbrik edib, ona xoş arzularını
çatdırıblar.
İcra başçısının Vətən Müharibəsi qaziləri və veteranları ilə birgə rəqsi məclis iştirakçılarını
qürurlandırıb.
Qeyd edək ki, qazi Elvin İsmayılzadə Talış və Suqovuşan kəndləri uğrunda gedən
döyüşlərdə iştirak edib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab
İlham Əliyevin Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və
“Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Tarix: 7-05-2023, 17:55