"Bələdiyyə gəlib ki, sökürük buranı: Getməyə yerimiz yoxdur, HARA ÇIXAQ? - GÖYÇAY SAKİNLƏRİ ETİRAZ EDİR

"Bələdiyyə gəlib ki, sökürük buranı: Getməyə yerimiz yoxdur, HARA ÇIXAQ?
Göyçay rayon Ziya Bünyadov küçəsinin bir qrup sakinləri deyirlər ki, Rayon Bələdiyyəsindən onların illərdir yaşadığı evlərinin sökülməsinə göstəriş verilib və buna səbəb olaraq evlərin yerində park tikiləcəyi deyilib.

Sakinlər isə getməyə yerlərinin olmadığını bildirərək, heç bir halda evlərini tərk etməyəcəklərini qeyd ediblər.

Sakinlərin sözlərinə görə, onlar etiraz etdiyi üçün, əraziyə hüquq-mühafizə orqanları da cəlb edilib.

Şikayətçilər kanalımız vasitəsilə ölkə başçısı İlham Əliyevə müraciət edərək, onlara köməklik göstərilməsini xahiş edir.
//kanal 13//


Tarix: 10-05-2023, 09:11
Xəbəri paylaş





Xəbər lenti