Tərtərdə bayram konserti və möhtəşəm atəşfəşanlıq - FOTO

Tərtərdə bayram konserti və möhtəşəm atəşfəşanlıq
Xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin
banisi və qurucusu Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Tərtər
şəhərində konsert proqramı təşkil edilib. Bu barədə SİAM.AZ-a yerli RİH-dən xəbər verilib.
Ulu Öndərin adını daşıyan Mərkəzi Meydanda keçirilən konsertdə rayon
sakinləri respublikamızın tanınmış incəsənət ustalarının və rayon Mədəniyyət
Mərkəzinin özfəaliyyət kollektivinin çıxışlarını dinləyiblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun, Milli
Məclisin deputatı Sahib Alıyevin, hüquq mühafizə orqanlarının rəhbərlərinin,
Qarabağ İqtisadi Rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi
Nümayəndəliyinin əməkdaşlarının, YAP rayon təşkilatının, idarə, təşkilat və
müəssisələrin kollektivlərinin, gənclərin, şəhid ailələrinin, qazilərin, hərbçilərin və
ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçən konsertdə əsil bayram abu-havası
yaşanıb.
Konsertin sonunda tərtərlilər gündən-günə inkişaf edən, gözəlləşən Tərtər
şəhərinin səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını böyük
maraqla seyr ediblər.

Tərtərdə bayram konserti və möhtəşəm atəşfəşanlıq
Tərtərdə bayram konserti və möhtəşəm atəşfəşanlıq
Tərtərdə bayram konserti və möhtəşəm atəşfəşanlıq
Tərtərdə bayram konserti və möhtəşəm atəşfəşanlıq
Tərtərdə bayram konserti və möhtəşəm atəşfəşanlıq
Tərtərdə bayram konserti və möhtəşəm atəşfəşanlıq
Tərtərdə bayram konserti və möhtəşəm atəşfəşanlıq
Tərtərdə bayram konserti və möhtəşəm atəşfəşanlıq
Tərtərdə bayram konserti və möhtəşəm atəşfəşanlıq

Tarix: 11-05-2023, 08:59
Xəbəri paylaş





Xəbər lenti