Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon Təşkilatının
sədri Eldar Əsədovla birgə Vətən müharibəsi şəhidi Elşən Əlizadənin rayonun
İsmayılbəyli kəndində yaşayan ailəsində olub, onların qayğıları ilə maraqlanıb.
Görüşdə rayon rəhbəri 44 günlük Vətən müharibəsində Tərtərli oğulların döyüşlərdə
göstərdiyi sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun
gənclərə örnək olduğunu bildirib. Qarabağı görməyən gənclərin qəhramanlığı, peşakar
döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında
torpaqlarımızın işğaldan azad olunduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid
valideyinləri qarşısında baş əydiyini bildirib. Qazanılan tarixi zəfərdən sonra işğaldan
azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb. Rayon
rəhbəri qeyd edib ki, dövlətimizin başçısı cənab İlham Əliyev və birinci vitse-prezident
Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşır.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Əlizadə Elşən Faiq oğlu 1995-ci il
avqustun 10-da Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olub. Oktyabrın 14-də
Suqovuşan döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Oktyabır ayının 16-da
yaşadığı Tərtər rayonunun İsmayılbəyli kəndində dəfn olunub.
Şəhid Elşən Əlizadə 44 günlük Vətən müharibəsində Suqovuşan istiqamətində gedən
döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur
döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab
İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlqılarını
bildiriblər.
Tarix: 12-05-2023, 09:17