Goranboyda Şəhid ailəsi İNCİDİLİR


Goranboy rayonu, Baxçakürd kənd sakini Məmmədova Təmamət Bəndər qızı tərəfindən Hurriyyet.az satının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi 1994-cü il şəhid olmuş Məmmədov Səhət Sədrəddin oğluna verilməli olan evin ailə üzvlərinə verilməsini tələb edir:

“Mən, Məmmədova Təmamət Bəndər qız, yazaraq sizə bildirirəm ki, şəhid ailəsi kimi 11 ildir ev növbəsində gözləyirik. Saxtakar, oyunbaz məmurların əlində qalmışıq.

Ailə üzvlərim 7 nəfərdən ibarətdir. Dəfələrlə Goranboy İcra Hakimiyyətinə və lazımi orqanlara müraciət etsəm də, bizə böş, yalan ümidlər verirlər.

İmkanım zəifdir, rüşvət verməyə gücüm yoxdur. Bir şəhid ailəsinin yaşadığı evə baxsanız, görərsiniz ki, burada yaşamaq olmaz. Biz çarəsizlikdən yaşayırıq.

İcra başçısının özü məni qəbul etmir, mavini çıxır, bizi başından edir. “Gedin hara şikayət edirsiniz edin, evi biz yox, Prezident verir”, - deyir.

11 ildir səbr edib gözləyirəm, artıq dözümüm yoxdur. Səsimi eşidən rəsmi şəxslərdən xahiş edirəm ki, mənə kömək etsinlər”.

Şikayətçinin bizə göndərdiyi video-müraciəti oxuculara təqdim edirik:

videoya baxmaq üçün bura tıklayın...
Tarix: 12-05-2023, 16:33
Xəbəri paylaş





Xəbər lenti