Bizim.Media-nın Aran bürosu xəbər verir ki, rayonun bir neçə küçəsi su basması səbəbindən bağlanıb.
Bu səbəbdən sürücülərin və piyadaların hərəkəti məhdudlaşıb.
Yağışın yaratdığı fəsadlar əsasən rayonun Bakı prospektində, Şəhriyar, Xanlar, Məhəmməd Hadi küçələrində daha çox müşahidə olunur.
Aidiyyəti qurumların canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub və yaranmış çətinliyin aradan qaldırılması istiqamətində zəruri işləri həyata keçirirlər.
Hazırda rayon ərazisində yağıntılı hava şəraiti davam edir.