İcra başçısı növbəti dəfə vətəndaşları qəbul edib



Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə 
vətəndaşları qəbul edib. Qəbulda 29 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri 
və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
Qəbula gələn vətəndaşlar əsasən Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla, 
işlə təmin olunma, fərdi yaşayış evinin tikilməsi üçün həyətyani torpaq sahəsinin 
ayrılması, maddi yardım, ev təmirinə köməklik, Şıxarx qəsəbəsində evlə təmin olunma  
və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri 
tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun 
çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar 
verilib, vətəndaş məmnunluğu təmin olunub.
Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının 
yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham 
Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını 
bildiriblər.
Tarix: 17-05-2023, 09:09
Xəbəri paylaş





Xəbər lenti