Rütbəsinə güvənən ALIYEV... - İLGİNC İDDİA


Füzuli Rayon İcra Hakimiyyətində büdcə vəsaitlərinin mənimsənilməsi barədə yazıya başlamaq üçün Rayon İcra hakimiyyətinin rəsmi saytına http://fuzuli-ih.gov.az/az/sura.html baxmalı olduq.
Sözün düzü, bizim rayonun icra başçısı hörmətli Alı Alıyevin personası ilə heç bir problemimiz yoxdur. Amma...
Əmması odur ki, Rayon İcra Hakimiyyətinin rəsmi saytında Alı Alıyevlə bağlı yazılır: Ali məktəbi bitirdikdən sonra.... Ay adam, hansı ali məktəbi....hansı fakültəni...neçənci ildə...?
Sən neçənci ildə anadan oldun..?
Vallahi, belə olmaz ee...bu dövlət qurumunun rəsmi saytıdır..? Biz bir media olaraq, neçə ildir yazırıq ki, bu biabırçılğı aradan qaldırın.
Sözün qısası, hörmətli Alı müəllim, hansısa ali məktəbin hansısa fakültəsini bitirəndən sonra...Füzulidə komsomolda şöbə müdiri olub. Və hansısa ali məktəbi bitirəndən 5 il sonra ƏSGƏRLİYƏ gedib. Və 1 ildə hərbi MAYOR olub. Lənət şeytana, bu nə oyundur... 1 ildə bu adam necə mayor oldu..?
Alı Alıyev sonradan 1989–1999-cu illərdə Füzuli rayon Aqrar Sənaye Kombinatının direktoru vəzifələrində çalışmışdır. 1999-cu ildən 2011-ci ilədək Füzuli rayon Suvarma Sistemləri idarəsinin rəisi vəzifəsində çalışmışdır. Və 2011-ci il tarixdən bu günədək Füzuli rayonu İcra Hakimiyyətinin başçısıdır.
İndi isə keçək əsas mövzuya. Məlumdur ki, bütün dünyada ərazi-inzibati vahidləri özləri özlərini maliyyələşdirir. Düzdür, hər bir inzibati vahidin buna imkanı çatmır. Çünki elə rayonlar var ki, turizm üçün imkanları var, yaxud ərazidə müxtəlif təbii sərvətlər var. Elə rayonlar var ki, özünü maliyyələşdirmək imkanları çox aşağıdır. Belə olan halda dövlət büdcəsindən həmin rayonlara subsidiya ayrılır.
Təəssüf ki, bizdə rayonların çoxu dövlət büdcəsinin “boynunda” oturub. Ancaq son illər bu istiqamətdə ciddi addımlar atılıb. Bir çox rayonlar özünümaliyyələşdirmə prinsipinə keçiblər. Və “Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi Qaydası” təsdiq edilib. Lap sadə dildə desək rayonlar yerli gəlirləri və xərcləri özləri tənzimləyir. Bu gün haradasa 50-dən çox rayon özünü maliyyələşdirmə ilə fəaliyyət göstərir.
Hazırkı yazıda Füzuli rayonunda büdcə gəlirlərinin mənimsənilməsi əsas mövzudur. Belə ki, rayonun yerli gəlirlərindən rayonun büdcəsinə daxil olan xeyli vəsaitə ancaq və ancaq rayonun icra başçıs Alı Alıyev nəzarət edir. Yəni Alı Alıyev xeyli miqdarda vəsaitə özü şəxsən sərəncam verir, kimə və hara istəsə yönəldir.
Görəsən, Maliyyə Nazirliyi, Hesablama Palatası nə üçün bu qanunsuzluqlara nəzarət etmir..?
Digər tərəfdən hamıya bəllidir ki, icra başçılarının nəzrətində ianə fondları var. Yəni kimlərsə, iş adamları, yerli biznesmenlər, yaxud başqa imkanlı şəxslər bu fonda xeyriyyəçilik məqsədi ilə xeyli pul köçürürlər. Buna da nəzarəti cənab Alı Alıyev edir. Və xeyriyyəçi insanların köçürdüyü vəsaiti özü üçün sağa-sola xərcləyir. Alı Alıyev isə oğluna deyib ki, əsgərlərə siqaret payla və video çəkib saytlarda paylaş.
Növbəti sayımızda Füzuli rayonunda "Büdcədən kənar vəsaitlərin necə xərclənməsi və yerli iş adamları" yazısı dərc olunacaq. Bizi izləyin.
//gundelik-baku.com//
Tarix: 17-05-2023, 23:19
Xəbəri paylaş





Xəbər lenti