Müharibə iştirakçısının atası çətin vəziyyətdədir – PREZİDENTƏ MÜRACİƏT / VİDEO

Müharibə iştirakçısının atası çətin vəziyyətdədir – PREZİDENTƏ MÜRACİƏT / VİDEO

Ağdam rayonu, Birinci Yüzbaşılı kənd sakini İmanov Bəbir Yunis oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Oğlu müharibə iştirakçısı olan şikayətçi çətin vəziyyətdə olduğunu yazır və bu səbəbdən də, saytımız vasitəsilə Prezidenti İlham Əliyevə müraciət edir:
“Cənab İlham Əliyev!
Mən, İmanov Bəbir Yunis oğlu, yazaraq sizə bildirirəm ki, mənə məxsus tikililərin məhkəmə tərəfindən sökülməsi qərarı qəbul edilib. Qərar qeyri-qanuni və əsassızdır. Hakim Mahir Niftəliyev bu işə ədalətsiz yanaşıb. Hakimlər mənim hüquqlarımı tapdalayırlar. Sənədlərimin əlimdə olmasına baxmayaraq, “haqsız” mən çıxıram.
2019-cu ildən bu günə məhkəmələrdəyəm. Çox xahiş edirəm, bu işin yenidən araşdırılması üçün tapşırıq verəsiniz”.
Şikayətçinin redaksiyamıza göndərdiyi video-müraciəti olduğu kimi dərc edirik:




Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Tarix: 18-05-2023, 18:30
Xəbəri paylaş





Xəbər lenti