Prezidentin 7 iyun 2018-ci il tarixli sərəncamı ilə Məmməd Cahangir oğlu Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin ediləndən sonra onu çox ehtiyac duyduğu “baldan şirin dillə” qarşılayan, qılığına girən məmurların korruptiv fəaliyyəti üçün münbit şərait yaratdı, bəzilərinin də vəzifədə irəli çəkilmələrinə təqdimat verdi. M.Məmmədov müəmma doıo rayon rəhbərlərindən biridir. Belə ki, onun vikipediya məlumatları belə demək olar ki yoxdur. Yazılan yalnız budur: Məmməd Cahangir oğlu Məmmədov 10 dekabr 1961-ci ildə Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olmuşdur. Ali təhsilli iqtisadçıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 iyun 2018-ci il tarixli Sərəncamı ilə Tovuz rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Vəssəlam, başqa bir söz yoxdur.
İndi biz haradan bilək ki, bu adam hərbidə qulluq edibmi, yoxsa, “neqodnu”dur..? Bu adam hansı ali məktəbi bitirib…? Necə yəni ali təhsilli iqtisadçıdır..? Bu adam hansı ölkədə təhsil alıb..? Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar nəticəsində öyrəndik ki, Tovuzun Qaraxanlı kəndində anadan olmuş Məmməd Məmmədov Kənd Təsərrüfatı Nazirliyində çalışıb. Uzun müddət bitçilik sahəsi, xüsusən bu sahəyə aid dərmanların hazırlanması üzrə işlədiyindən, «Zəhər Mamed” ləqəbi ilə tanınıb. Bundan başqa o, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Aparat rəhbəri Cahan Məmmədovun qardaşıdır. Yeri gəlmişkən, özünün bu məsələyə münasibəti belə olub: “Mən bitki mühafizəsi sahəsi ilə məşğul olmuşam. Bitkiləri qorumağa çalışmışam. Yəqin, ona görədir. Deyirlərsə, elin ağzını yummaq olmaz”. Onu da bildirək ki, M.Məmmədov rayon rəhbəri təyin olunandan sonra daha əvvəl başçılıq etdiyi “AQROKİMYA” MMC-də boşaltdığı kürsüyə oğlunu oturtdu, bir sözlə, “zəhərli” işlərinin başını buraxmayıb. Onun Tovuz rayon torpaqlarının bir qismini, Şəmkir, Tərtər, Agstafa, Kürdəmir, Saatlı və İmişli rayonlarında da yüz hektarlarla xam torpaqları ələ kecirib müxtəlif adamların adına sənədləşdirərək istifadə etdiyi, həmin torpaq sahələrinin əkilib — becərilməsi ücün ayrılan subsidiya vəsaitlərini nagd yolla əldə etməklə külli miqdarda dövlətə ziyan vurduğu, Tovuz fermerlərindən ucuz qiymətə aldığı toxumu istehsal olunmuş kimi siyahıya saldıraraq baha qiymətə rəsmiləşdirdiyi və dövlətdən bu təyinatla ayırılan maliyyə vəsaitini silib mənimsədiyi barədə çoxsaylı informasiyalar yayılıb. Yeri gəlmişkən, Məmməd Məmmədov Azərbaycan Meliorasiya və Su Təsrrüfatı Açıq Səhmdar Cəmiyyətinin Aparatın rəhbəri, Cahan Məmmədovun qardaşı olduğu bildirilir. Məlumat üçün bildirək ki, iqtisad elmləri namizədi olan Cahan Məmmədov 2008-ci ildən Meliorasiya və Su Təsrrüfatı Açıq Səhmdar Cəmiyyətinin Aparatın rəhbəri vəzifəsində işləyir. 1992-ci ilin dekabr ayından 1993-cü ilin may ayına kimi “Azəraqro-təchizatmexanikləşdirmə” Respublika İstehsalat Birliyində sədrin birinci müavini, 1993-2005-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini vəzifələrində çalışıb.
Araşdırma qrupumuz sual edir ki, sonuncu təyinatla Tovuzda inkişafa dair hansı nümunə var. İ.Əliyevin kadr islahatlarının mahiyyəti ondan ibarətdir ki, yerlərdəki idarəçilik optimallaşsın, bürokratik əngəllər aradan qalxın, sosial şərait düzəlsin, sahibkarların və əhalinin narazılıqları həllini tapsın, bölgələr abadlaşsın. Lakin M.Məmmədovun təyinatı Tovuz bölgəsində sosial-iqtisadi, mədəni-təhsil, infrastruktur, nəqliyyat, aqrar sektorlarda bir qarış irəliləyişlə nəticələnməyib. Prezident Administrasiyasındakı təhlil şöbəsi də yerlərdə vəziyyətlə bağlı vaxtaşırı araşdırma aparır, müqayisələr edir, kadr islahatlarının hansı effekt verdiyini analiz edirlər. Sonra qovluq şəklində prezidentin masasına qoyulur və məruzəyə istinadən nəticələr çıxarılır, qərarlar verilir. Bu zona ilə bağlı müşahidələr, araşdırmalar, şikayətlər göstərir ki, Tovuz Gəncə, Şəmkir, Gədəbəy və s. qonşu rayonlarla müqayisədə çox geri qalıb, rayon və onun kəndləri bərbad vəziyyətdədir, acınacaqlı şərait hökm sürür. Prezidentin etimadını doğrultmayan M.Məmmədovun gördüyü işə, fəaliyyətinə ilin sonunda qiymət veriləcək. 2020-yə Azərbaycan yeni siyasi-iqtisadi kursla keçid edəcək və dövlətin proqramında əyalətlərlə əlaqədar siyasətə də xüsusi diqqət ayrılacaq. Bu mənada prezident yerlərdə edilən kadr dəyişikliklərinin hansı müsbət və mənfi təsirlərinin olduğunu təhlil etməklə 2020 qərarını açıqlayacaq. Heç şübhəsiz ki, Tovuz rayonunun kuratorunun məruzəsi, mövqei bu məsələdə böyük əhəmiyyətə malik olacaq. İndi isə gəlin, Tovzudakı fövqəladə sosial vəziyyətlə tanış olaq: Cumhuriyyet.az xəbər verir ki, rayonda iş adamlarının fəaliyyətinə şərait yaradılması, sahibkarların problemlərinin həll olunması, dəstək göstərilməsi, fermerlərə yardım olunması istiqamətində Tovuz İH-nin və başçısı M.Məmmədovun heç bir təsiri olmayıb. Apardığımız sorğular biznesmenlərin və fermerlərin problemlər girdabında boğulduğunu, kredit və borc içində əziyyət çəkdiyini deməyə əsas verir. İcra başçısı tərəfindən onlara bir dəstək yoxdur. Tovuzun mərkəzinin, hətta İH-nin ətrafının baxımsız, abadsız olduğunu da yaxşı bilirsiniz. Ötən reportajda ətraflı yazmışıq, faktlar göstərmişik. RİH-nin qabağındakı fontanı belə natəmiz saxladıqlarını işıqlandırmışıq. Hər gün burdan keçib işə gedən M.Məmmədov isə maraqlanmır ki, niyə bu cür antisanitariyadır, rayon toz-tozanaq, bərbad haldadır. Bu dəfəki araşdırmalarımız təkcə Tovuzun özündə deyil, kəndlərində də fəlakətli bir mənzərə olduğunu üzə çıxarıb. Məlum olur ki, kəndlər kommunikasiyadan uzaq, sosial problemlər məngənəsində can verir. Əhali qaz, işıq üzünə həsrətdir, infrastruktur yararsızdır, qaz boruları satılıb, kəndlərdə evlər donur, qışa tədarük üçün meşələr talanır, elektrik xətləri sıradan çıxıb, köhnəlib, elə bu səbəbdən tez-tez işıqlar sönür, yollar darmadağındır, telefon xətləri yoxdur. Bir sözlə, sanki Tovuz kəndlərində həyat dayanıb, dünyanın axırıdır, bütün aləmdən təcrid olunublar. Amma bu problemlərin heç biri rayon icra başçısını maraqlandırmayıb.
…Məmməd Məmmədov Tovuz Rayon ərazisində bir “beton zavod”, 2 Şadlıq sarayı, və restoranlar şəbəkəsi, meşə zonasında istirahət mərkəzi, bundan başqa, Mərkəzi Aran Rayonlarında kənd təsərrüfatının inkişafına dəstək adı altında ayrı-ayrı şəxslərin adına mmc-lər təsis etdirərək yeni qazanc ünvanı tapıb. Məsələn, araşdırmalarla öyrəndim ki, o, Ölkə Prezidenti Cənab İlham Əliyevin regionlarda kənd təsərrüfatı məsullarının bolluğunun yaradılması proqramının əksinə gedərək dövlət tərəfindən fermer və pay torpaq sahiblərinə dövlət tərəfindən əkinçiliyin inkişafı üçün ayrılmış birdəfəlik subsidiyaları (dərman preparatları, gübrə, mazut və sürtkü yağları və s. üçün) müxtəlif yollarla ələ keçirməkdədir.
Məmməd Məmmədov qanunsuz hərəkətlərini Tovuz Rayon ərazisindən başqa Yevlax, Ağstafa, İmişli, Beyləqan, Sabirabad və Saatlı Rayonları ərazilərində də geniş miqyasla həyata keçirmişdir. İcra Hakimiyyəti başçısının yüz hektarlarla torpaq sahələrini əldə etməsindən başqa Goranboy və Samux Rayonları ərazisində də ayrı-ayrı şəxslərin adına yüz hektarlarla torpaq sahələrini vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə sahiblənməsinə nail olmuşdur.
Məmməd Məmmədovun Gəncə şəhərində fəaliyyət göstərən un dəyirmanları, Kürdəmir Rayonu ərazisində yem istehsal edən zavodu, Saatlı, Beyləqan, İmişli rayonları ərazisində hər birinin ərazisi iki yüz əlli kvadrat metrdən çox olan soyuducu anbarları vardır.
Bunu da qeyd etmək yerinə düşər ki, Məmməd Məmmədova məxsus olan ayrı-ayrı şəxslərin adına sənədləşdirdiyi mmc və fabrikalar dövlət vergisini ödəmir, İqtisadi İnkişaf Nazirliyinin serftikat və lisenziyasını almır və bundan başqa, dövlət içərsində dövlət kimi hərəkətlər etməkdədir.
Məmməd Məmmədovun qanunsuz hərəkətləri, dövlət əmlakını mənimsəməsi, əhalinin həssas hissəsi olan kənd əhalisini və fermerlərin haqqlarını ələ keçirməsi və dövlət başçısına, onun daxili siyasətinə zidd hərəkətlər etməsini analiz edərkən təəssüflənməmək mümkün deyil.
Mənbə: cumhuriyyet.az
Tarix: 19-05-2023, 23:33