Tərtərdə “Heydər Əliyev İli” çərçivəsində Beynəlxalq Muzeylər Günü ilə əlaqədar “Heydər Əliyev və muzeylərimiz” adlı tədbir keçirilib



18 may Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Milli Məclisin deputatı, Azərbaycan-İsrail 
parlamentlərarası işçi qrupunun rəhbəri Anatoliy Rafaylov və İnsan Hüquqları Mərkəzinin və 
"Magen David Group" Xeyriyyə Cəmiyyətinin direktoru David Seliverstov Tərtər rayonuna səfər 
ediblər. Qonaqları qəbul edən Tərtər rayonunun İcra başçısı Müstəqim Məmmədov rayon 
haqqında ümumi məlumat verib və qonaqlarla birgə Ümümilli Lider Heydər Əliyevin abidəsini və 
Şəhidlər Abidə Kompleksini ziyarət ediblər.
Sonra Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Tərtər rayonunda yerləşən Heydər Əliyev 
Mərkəzinə, Tarix-Diyarşünaslıq, Dövlət Rəmzləri, Vətən müharibəsində ermənilər tərəfindən 
atılmış qadağan olunmuş “smerç” raketi nəticəsində dağılmış Sahib İsmayılova məxsus ev 
muzeylərinə səfər ediblər. Mərkəzi Meydanda Vətən müharibəsi zamanı Tərtər rayonuna 
dəymiş ziyanı özündə əks etdirən fotositentlərə, ermənilərin Tərtərə atdığı qadağan 
olunmuş raketlərin qalıqlarına, Şıxarx qəsəbəsində şəhidlərin xatirəsinə salınmış “Vətən 
bağı”na və ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində 
özləri tərəfindən ucaldılmış “Marağa 150” abidəsinin qalıqlarına baxıblar.
Rayon rəhbəri qonaqları 44 günlük Vətən müharibəsində rayonun mülkü müdafiə qərargahının 
yerləşdiyi zirzəmi ilə tanış edib və onlara müharibə dövründə rayona dəymiş ziyanla bağlı 
məlumat verib. Qeyd edib ki, 44 günlük Vətən Müharibəsində Tərtər şəhərinə və yaşayış 
məntəqələrinə 16277 top, tank, qrad mərmisi düşmüş, 21 qadağan olunmuş raket atılıb. Bunun 
nəticəsində rayonun infrastrukturuna güclü ziyan dəyib, 12 körpələr evi-uşaq bağçasına, 16 
ümumtəhsil müəssisəsinə, 10 tibb müəssisəsinə, 7 mədəniyyət  müəssisəsinə, məscid və 
inzibati binalara, 83 çoxmərtəbəli yaşayış və 5344 fərdi yaşayış evlərinə, 95 nəqliyyat 
vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına ziyan dəyib. Rayon ərazisində müharibədən ziyan 
çəkmiş yaşayış və qeyri yaşayış sahələrinə işçi qrupu tərəfindən 7050 baxış keçirilib. Dövlət 
rəsmilərinin dediyi kimi “Tərtər Ermənistanın nasizminə qarşı Azərbaycanın Stalinqradı” olub.
Görüşdə Tərtər rayonunda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan 
səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və aqrar 
sektorda islahatları dərinləşdirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini 
azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir tipli müəssisələr, yeni 
iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi sahəsində görülən işlər 
barədə də danışılıb.
Həmçinin Beynəlxalq Muzeylər Gününün tarixindən də danışılıb. Qeyd olunub ki, Azərbaycanda 
muzey işinin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın tarixi-mədəni 
irsinin qorunmasında muzeylərin rolunu qeyd edən Ulu öndər respublikada muzey şəbəkəsinin 
genişləndirilməsini, maddi-texniki bazasının möhkəmləndirilməsini daim diqqət mərkəzində 
saxlamışdır. Məhz ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Azərbaycan 
mədəniyyətinin parlaq nümayəndələrinin ev-muzeyləri, xatirə muzeyləri yaradılmışdır. Muzey 
işinin inkişafı ilə bağlı ulu öndər Heydər Əliyevin müəyyən etdiyi prioritetlər bu gün Azərbaycan 
Respublikasının Prezidenti İlham Əliyev, eləcə də Azərbaycanın birinci xanımı Mehriban 
Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən uğurla həyata keçirilir.
Tarix: 20-05-2023, 16:00
Xəbəri paylaş





Xəbər lenti