GƏNCƏ ICRA HAKIMIYYƏTINDƏ RƏZALƏT: 1-CI MÜAVIN VƏTƏNDAŞI…-VİDEO

GƏNCƏ ICRA HAKIMIYYƏTINDƏ RƏZALƏT:

Gəncədə İcra başçısının 1-ci müavini vətəndaşın 4 saat müddətinə azadlığını məhdudlaşdırıb. Necə deyərlər,onu girov saxlayıb.

Deryaz.az xəbər verir ki, bu haqda Gəncə şəhərində yerləşən 48 nömrəli “Körpələr Evi Uşaq Bağçası”nın sabiq müdirəsi İlahə Əliyevanın həyat yoldaşı Rəşad Əliyevin “kanal24”-ə açıqlamasında deyib.

Prezidentə, baş prokurora və icra başçısı Niyazi Bayramova videomüraciət ünvanlayan şikayətçi iddia edir ki, Gəncə Şəhər İcra hakimiyyəti başçısınıın 1-ci müavini Səməd Tomuyev bağça müdirəsi İlahə Əliyevanı qəbul otağında 4 saat saxlamaqla ona təzyiq etmək yolu ilə işdən çıxmaq haqqında ərizə yazdırıb.

Şikayətçi Rəşad Əliyev onu da bildirib ki, hələ bu azmış kimi Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət axtarış bölməsinin əməkdaşları onu 6 saat idarədə saxlayaraq, ona qarşı təzyiqlər edib, onun telefonunu zorla əlindən alıb. Telefona müdaxilə edərək, telefonun yaddaşındakı məlumatları və şəxsə aid feyzbuk səhifəsindəki statusları silib. Rəşad Əliyevin sözlərinə görə, onun və ailəsinin həyatı təhlükədədir.

Şikayətçi Rəşad Əliyevin videomüraciətini təqdim edirik:

Qeyd edək ki,müavfiq prosesual addımlar həyata keçirlmədən, məhkəmə qərarı olmadan belə hərkətlərinin edilməsinin bir başa qanun pozuntus olması yəqin ki, polisə nəzarəti həyata keçirən prokurorluq orqanlarına gün kimi aydındır. Çünki bu hərəkət və hərəkətsizlik cinayət məcəlləsinin 145-ci maddəsində göstərilməklə birbaşa cinayətdir


Əgər şikayətçinin iddia etdiyi kimi hərkətlər törədilibsə, o zaman hansı hallarda vətəndaşın azadlığı məhdudlaşdırıla bilər?

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi sorğu ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə görə hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.Beynəlxalq hüquq normalarında da azadlıq hüququ əsas insan hüquqları arasında özünəməxsus mühüm yer tutur.

“İnsan Hüquqları haqqında Ümumi Bəyənnamə”nin 3-cü maddəsinə görə hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.Hər bir insanın azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs zorla həbs və yaxud dustaq edilə bilməz. Heç kəs qanunla müəyyən olunmuş əsaslar olmadan və müvafiq proseduralara əməl olunmadan azadlıqdan məhrum edil­məməlidir. BMT Baş Assambleyasının 9 dekabr 1988-ci il tarixli qətnaməsi ilə təsdiq edil­miş “Formasından asılı olmayaraq saxlanılmağa və tutulmağa məruz qalmış bütün şəxslərin müdafiə prinsipləri Toplusu”nun ikinci prinsipində deyilir: “…həbs, tutulma və ya azadlıqdan məhrum etmə yalnız qanunun müddəalarına ciddi riayət etməklə səlahiyyətli vəzifəli şəxslər tərəfindən və yaxud bu məqsəd üçün qanunla müvəkkil olunmuş şəxslər tərəfindən həyata keçirilir”.

Azadlıq hüququ ən əhəmiyyətli və əsas insan hüquqlarından biri kimi dünyada hamılıqla və birmənalı qəbul olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyası da bu hüququ beynəlxalq hüquq normalarına uyğun olaraq təsbit etmişdir.Bununla belə, konstitusiya və beynəlxalq hüquq normaları qanunla nəzərdə tutulmuş hallarda azadlıq hüququnun məhdudlaşdırılmasını istisna etmir. Məhkəmənin (hakimin) qərarı olmadan hər hansı şəxsin təxirəsalınmadan tutulması hallarını və ağlabatan müddətləri qanunvericilik müəyyənləşdirir.

Maraqlı və düşündürücü bir sual var: Görəsən, Gəncə Şəhər İcra hakimiyyəti başçısınıın 1-ci müavini Səməd Tomuyevin iddia olunan hərkətlərindən icra başçısı Niyazi Bayramovun xəbəri olub,yoxsa olmayıb…?

Məlumat üçün bildirək ki, “Kanal32” Media Şəbəkəsi olaraq baş vermis olayla bağlı açıqlama vermək üçün Gəncə Şəhər İcra Hakimiyyətinə sorğu göndərmişik. Cavab gəldiyi təqdirdə həmin açıqlamanı dərc edəcəyik.

Dəryaz.az
Tarix: 22-05-2023, 10:29
Xəbəri paylaş





Xəbər lenti