Rayon rəhbəri növbəti dəfə vətəndaşları qəbul edib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları 
qəbul edib. Qəbulda 13 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər 
növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.

Qəbula gələn vətəndaşlar əsasən işlə təmin olunma, sahibkarlıq obyektinin tikilməsi üçün 
torpaq sahəsinin ayrılması, maddi yardım, ev təmirinə köməklik, həyətyani torpaq 
sahəsinə əlavə yolun verilməsi, torpaq mübahisəsi, əmək mübahisəsi  və digər şəxsi 
məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə 
dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll 
olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş 
məmnunluğu təmin olunub.
Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının 
yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham 
Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını 
bildiriblər.

Tarix: 24-05-2023, 08:19
Xəbəri paylaş





Xəbər lenti