ŞİRVANDA BAŞÇI BİRİNCİ MÜAVİN POSTUNU BOŞ QOYUB: İKİ BACANAQ İDARƏ EDİR – FOTO
Şirvan şəhər icra başçısının I müavin postu hələ də boşdur. Nə sirri-xudadırsa, indiyədək İH rəhbərinin 1-ci müavini təyin olunmayıb. Reportyor.info məlumat verir ki, icra başçısı İlqar Abbasov birinci müavin vəzifəsinə təyinata ehtiyac hiss etmir. Çünki onun əsas işlərini köməkçisi Etibar Yolçiyev icra edir. Başçının sağ əli adlanan Yolçiyevi Abbasov özüylə Suraxanı rayonundan gətirib. Onlar bacanaqdırlar. Suraxanı İH-də də bütün işləri şərik görürdülər. İndisə Şirvanda ortaqlıq davam edir. İki bacanaq Şirvanı idarə edirlər. Ona görə də başçı birinci müavin vəzifəsinə təyinata hələlik zərurət görmür.
Tarix: 24-05-2023, 15:15