Rayon rəhbəri Tərtər Peşə məktəbinin əsaslı təmiri ilə tanış olub
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtər
Peşə Məktəbində aparılan əsaslı təmir işləri ilə tanış olub, məktəbin
kollektivi ilə görüşüb. Məktəbin direktoru Əli Babayev rayon rəhbərinə təmir barədə ətraflı
məlumat verib. Bildirib ki, məktəbin 5 mərtəbəli tədris binası 1964-cü ildən
fəaliyyət göstərməsinə baxmayaraq heç vaxt əsaslı təmir olunmayıb,
yardımçı binalar köhnə tikililər olduğundan böyük əksəriyyəti qəzalı
vəziyyətdədir və əksəriyyətinin əsaslı təmirə ehtiyacı var. Uzun illər
məktəbdə məcburi köçkünlər məskunlaşdığı üçün məktəb öz görkəmini
tamamilə itirmişdi.
Artıq Elm və Təhsil Nazirliyinin xətti ilə “FH” MMC şirkəti məktəbdə əsaslı
təmir işlərinə başlayıb və təmir işləri sürətlə davam edir.
Məktəbin 1, 2, 3-cü mərtəbələri tədris, 4 və 5-ci mərtəbələri isə yataqxana
üçün nəzərdə tutulub.
Qeyd edək ki, yeni tədris ilində məktəbdə 300 nəfər tələbə tədris
keçməklə müxtəlif peşələrə yiyələnəcəklər. Hazırda Tərtər Peşə
Məktəbində 22 nəfər-14 ixtisas fənn müəllimi, 8 nəfər isə istehsalat təlim
ustası işləyir.
Rayon rəhbəri aparılan təmir işləri ilə tanış olduqdan sonra, təlim təsərrüfat
sahəsində istehsalat təlim və təcrübəsi keçən tələbələrin becərdikləri kənd
təsərrüfatı bitkilərinə baxıb, görülən işlərlə tanış olduqdan sonra kollektivə
öz tövsiyələrini verib.
Tarix: 28-05-2023, 08:41