Tərtərdə qaz təsərüfatının mövcud vəziyyəti ilə bağlı müzakirələr aparılmışdır



Tərtər rayonunda qaz təsərüfatının mövcud vəziyyəti, yeni yaşayış massivlərinin qazlaşdırılması və bu istiqamətdə görülən işlərlə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun və Tərtər RQİİ- nin rəisi Azay Muxtarovun iştirakı ilə görüş keçrilmişdir. Görüşdə SOCAR "Azəriqaz" İstehsalat Birliyi tərəfindən həyata keçrilən layihələr, eləcə də təsərüfatda aparılan islahatlar və təkmilləşdirmə tədbirlərinin qaz təsərüfatının müasirləşməsini və yenidən qurulmasını sürətləndirməklə yanaşı istehlakçıların fasiləsiz və dayanıqlı təbii qazla təmin olunmalarında mühüm roloynadığı vurğulanmışdır. Həmçinin yeni yaşayış məntəqələrinə və yaşayış massivlərinə təbii qazın verilməsi, qazlaşdırılmış ərazilərdə yarana biləcək problemlərin meydana çıxmasının vaxtında qarşısının alınması və digər məsələlər də müzakirə olunmuşdur.
Tarix: 2-06-2023, 22:44
Xəbəri paylaş





Xəbər lenti