Daşkəsəndə məktəb direktoru dərs saatlarında çobanlıq edir – VİDEO


Məktəb elə bir müəssisədir ki, orada formalaşan iş mühiti və üslubu, ilk növbədə, məktəb direktorunun şəxsiyyətindən çox asılıdır. O, müəllimi, metodisti, dövlət inspektorunu, təsərrüfatçını, tədris prosesi təşkilatçısını, yaşlı və uşaq kollektivləri tərbiyəçisini bir şəxsdə birləşdirməlidir. Burada elmi idarəetməyə nəinki hərtərəfli, mükəmməl yiyələnmək, həm də həqiqi fədakarlıq, seçdiyi işə son dərəcə sədaqətli olmaq tələb edilir".

Lakin bir sıra məktəb direktoru bu səciyyəvi xüsusiyyətləri daşımadıqları kimi rəhbərlik etdiyi məktəbin nüfuzunu da aşağı salır. Bu direktorlardan biri də Daşkəsən rayon Qaraqollar kənd tam orta məktəbinin direktoru Vasif Mustafayevdir.

O, dərs saatlarında məktəbdə olmaq yerinə torpaq sahəsində çobanlıq edir. Bu barədə TehsilMedia.az-a daxil olan şikayətdə bildirilir.
Bu direktor çobanlıq etməkdən məktəbi idarə etməyi unudub. Əgər bir məktəbin direktoru dərs saatlarında işinin başında deyilsə, həmin məktəbdə baş verə biləcək mənfi situasiyalara və yaxud hadisələrə kim cavabdeh olacaq?
Təbii ki, işinə belə qeyri-ciddi, məsuliyyətsiz yanaşan bir direktorun rəhbərlik etdiyi məktəbdə hər cür vəziyyətin yaşanılması gözləniləndir.
Direktor barədə aidiyyatı qurumlara müraciət olunub. Ümüd edirik ki, bu şəxs barəsində tezliklə tədbir görüləcək.
P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



TƏHSİL MEDİA
https://tehsilmedia.az/sikayetler/2295-dasksnd-mktb-direktoru-drs-saatlarinda-cobanliq-edir-video.html?fbclid=IwAR3KMuHkmm0yKtDxzy2HowQWhEXN2sgRYWioFy3UNi1gRLk9BsP01ebuJ5w
Tarix: 5-06-2023, 22:29
Xəbəri paylaş





Xəbər lenti