Mən Məhərrəmova Sələmə Şəki M.F.Axundzadə adına Mədəniyyət Mərkəzində mədəni təşkilatçısı vəzifəsində işləyirəm 44 günlük ,,Vətən Müharibəsi "qazisinin anasıyam.
Şəki Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Aqəli Cəlilovun, aparıcı metodist Nazilə Qaffarovanın ,metodist hal hazırda M.F.Axundzadə adına Mədəniyyət Mərkəzində direktor səlahiyyətlərini müvəqqəti icra edən Məlahət Musayevanın haqsızlıqlarına məruz qalanlardan biri də mənəm.
İşdə yol verdiyi qanunsuzluqlara göz yummadığım üçün, N.Qaffarovanın diqtəsi ilə hərəkət edən A Cəlilovun qəzəbinə tuş gəlmişəm. Hər zanan ,, mənim 4 işçim var” devizi altında işləyən və N.Qaffarovanın ,, səyləri nəticəsində " məni Mədəniyyət Mərkəzində ,, qara siyahıya salaraq" görülən hər bir işdən uzaq tutmağa və işçilər arasında mənə qarşı aqresiya yaratmağa çalışıblar. Dəfələrlə mən və mənim qazi oğlumun haqqı tapdalanmış N.Qaffarova tərəfindən ,, SƏNİN OĞLUN KOLLUQDA YATIB GƏLİB, QAZİ DEYİL " kimi ifadələrlə təhqir edilmişəm. Lakin hər dəfə bu barədə rəhbərliyə və Mədəniyyət Nazirliyində yazılı şikayətlərim olduğu halda nə N.Qaffarova nə də A.Cəlilov barəsində ciddi ölçü götürülməyib. Hətta A.Cəlilov ,, MƏNİM NAZİRLİKDƏ ADAMIM VAR MƏNƏ HEÇ KİM HEÇ NƏ EDƏ BİLMƏZ "kimi ifadələr səsləndirib.Qeyd edim ki , istədiyi saatda işə gələn, işə ümumiyyətlə gəlməyən Bakı şəhərində əmək fəaliyyəti ilə məşğul olan,ildə 1 ya 2 dəfə sadəcə imza atmaq üçün gələn işçilər var. Hansı ki, həmin işçilərə saat 10.00 dan 18.00 a qədər işdə olduqları üçün əməkhaqqı yazılır və A.Cəlilov həmin işçilərin ,Mədəniyyət Nazirliyinin məsul şəxslərinin tapşırığına əsasən ,, yola verildiyini" iddia edir.
Hal hazırda M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin direktoru səlahiyyətlərini müvəqqəti icra edən Məlahət Musayevaya mənim icazə ərizəmdə ,, MÜVƏQQƏTİ " sözündən istifadə etdiyimə görə 3 dəfə ərizəmi üstümə atıb qəbul etməyib. Bu xanıma, həqiqətən vəzifə səlahiyyətlərini müvəqqəti ica etdiyini və ərizə formasının necə yazıldığını başa sala bilən yoxdu. Şəki M.F.Axundzadə adına Mədəniyyət Mərkəzində sözün əsl mənasında özbaşınalıqdır. Mərkəzinin giriş qapısı müəmmalı şəkidə bağlanıb , bizi yanğın üçün nəzərdə tutulan qopub tökülmüş pilləkənlərdən istifadə etməyə məcbur edirlər. Hansı ki ,həmin arxa qapıdan restorana gələnlər, sərxoş insanlar istifadə edirlər.
Artıq mənə qarşı edilən haqsızlıqlara dözə bilməyib Cənab Nazirimiz Adil Kərimlinin qəbulunda olmuşam. Elə əsl ,,məşəqqətli " günlərim bundan sonra başlandı . Düz iki aydır A.Cəlilov və N.Qaffarova tərəfindən hər seminar müşavirəsində Mədəniyyət işçilərinin qarşısında, cənab nazir Adil Kərimli ilə görüşdüyüm üçün müzakirə edirlər , təhqir edirlər , işçiləri üstmə qaldırırlar məni daha da sıxışdırıb ölüm həddinə çatdırıblar.Səhhətimdə ciddi problemlər yaranıb .Mənim başıma bir iş gəlsə bunun cavabdehliyi birbaşa A. Cəlilov və Nazilə Qafarova daşıyır. N.Qafarova bütün işçilər arasına mənə qarşı , mənim şərəf və ləyaqətimi alçaldan ifadələr işlədir.
Bu haqsızlıqları işçinin başına açan , qanunsuz şəkildə işdən kimisə çıxaran , işə gəlməyənlərə , ürəkləri istədikləri zaman işə gəlib gedənlərə , ,, MƏN YASA GEDİRƏM " - gedirəm deyib Mədəniyyət Mərkəzinin işçilərini kobud şəkildə saat 16 .55 də bayıra çıxarıb müəsisənin qapısını öz ata evi kimi bağlayıb , öz bildiyi kimi hərəkət edir ,vəzifə səlahiyyətlərindən sui istifadə edən məmurlara onların “ADAMLARI" var deyə nə zamana qədər göz yumulacaq ? Onu da qeyd edim ki , Mədəniyyət Mərkəzində baş verən neqativ hallar, qanunsuzluqlar barədə Cənab Nazirimiz Adil Kərimli ilə görüşdüyümdə məlumat vermişəm . Hazırda araşdırma aparılır.