“Heydər Əliyev İli-2023”: “Ümummilli Lider və Azərbaycan səhiyyəsi” mövzusunda “dəyirmi masa” keçirilib


Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında 
Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli 
Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə 
dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən  rayonda silsilə tədbirlər 
davam edir.

Tərtər Rayon İcra Hakimiyyətinin və rayon Mərkəzi xəstəxanasının təşkilatçılığı ilə YAP 
rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin   100 illik 
yubileyinə həsr olunmuş “Ümummilli Lider  və Azərbaycan səhiyyəsi” mövzusunda  
“dəyirmi masa” keçirilib.
 “Dəyirmi masa”da Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, 
YAP rayon təşkilatının sədri Eldar Əsədov və səhiyyə işçiləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsinə ehtiram əlaməti olaraq onun abidəsi 
önünə gül dəstələri düzüblər.
Sonra “dəyimi masa” ətrafında davam edən tədbirdə Ümummilli Liderin və 
torpaqlarımızın ərazi  bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik 
sükutla yad edilib.
Tərdbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov  səhiyyə 
işçilərini Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və 17 iyun Tibb 
işçiləri günü münasibəti ilə səmimi qəlbdən təbrik edib, onlara   uzun ömür, can sağlığı, 
Ümummilli Liderimiz Heydər Əliyev ideyalarının həyata keçirilməsi, Azərbaycan 
Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə doğma 
Azərbaycanımızın tərəqqisi və yüksəlişi, dövlətçiliyimizin möhkəmləndirilməsi və 
əhalinin sağlamlığı uğrunda şərəfli fəaliyyətlərində uğurlar diləyib.
Rayon rəhbəri bildirib ki, bu günlər qədirbilən xalqımız   Ulu öndər Heydər Əliyevin 
anadan olmasının 100 illiyini böyük qürur və təntənə ilə qeyd edir. Dahi şəxsiyyət olan 
Heydər Əliyev siyasətdə həm ənənəvi, həm də müasir lider obrazında  xalqımızın və 
dövlətimizin mayakına çevrilən müdrik bir insandır. 
Müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 
ömür yolu, siyasi fəaliyyəti həmişə uğur və qələbələrlə müşayiət olunub. Heydər Əliyev 
iqtisadi,  siyasi, sosial, mədəni quruculuq məsələləri ilə bərabər, səhiyyəni də cəmiyyət 
və dövlət həyatında ən mühüm, prioritet sahə kimi qiymətləndirərək deyirdi: “Səhiyyə 
bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə 
edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”.
Heydər Əliyev səhiyyə sisteminin inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsini 
mövcud tibbi obyektlərin abadlaşdırılması, yeni səhiyyə müəssisələrinin yaradılması, 
əhalinin kütləvi dispanser qeydiyyatına alınması və həkimlərin işinin fəallaşdırılması 
məsələlərində görürdü. Böyük öndər  ölkəmizdə sağlamlıq zonaları və istirahət evlərinin 
yaradılmasına, abadlaşdırma işlərinin aparılmasına, mövcud səhiyyə ocaqlarının 
profilinin genişləndirilməsinə daim ciddi əhəmiyyət verirdi.
Görkəmli dövlət xadimi Heydər Əliyevin 1983-cü ildə SSRİ Nazirlər Soveti Sədrinin 
birinci müavini təyin edilməsi onun Azərbaycan səhiyyəsinə olan nəzarətini, diqqətini 
nəinki azaltdı, əksinə, daha da artırdı. Ulu Öndər sonralar bu dövrü belə xatırlayırdı: 
“Mən Azərbaycana rəhbərlik etdiyim zaman, sonra SSRİ-nin rəhbərliyində olduğum 
illərdə daim səhiyyə ilə, tibb elmi ilə yaxın olmuşam, ona qayğı göstərmişəm və hesab 
edirəm ki, çox işlər görmüşəm. Mən o vaxt Sovetlər İttifaqının Moskvada yerləşən ən 
böyük, ən mötəbər tibb ocaqları, müəssisələri ilə yaxından tanış idim, onların 
yaranmasında, inkişaf etməsində xidmətlər göstərirdim. Mənim o vaxt həm onkoloji, 
həm kardioloji, həm ürək cərrahiyyəsi, həm oftalmoloji mərkəzlərin, başqalarının 
yaranmasında, inkişaf etməsində çox səylərim olmuşdur. Mən bu gün böyük 
məmnuniyyətlə xatırlayıram ki, o vaxt SSRİ dövləti tərkibində Azərbaycanın səhyyəsinə 
marağı, qayğını daha da artırırdım. Moskvada yerləşən o böyük tibb elmi mərkəzlərinin 
diqqətini Azərbaycana cəlb edirdim və Azərbaycana yardım etməyə çalışırdım”.
Uzaqgörən dövlət xadimi olan Heydər Əliyev ölkəmizə birinci rəhbərliyi dövründə tibb 
üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli 
mütəxəssislər arasında əlaqə yaratmağa çalışırdı. Keçən əsrin 70-ci illərinin 
əvvəllərindən etibarən tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və 
konfransların keçirilməsini təşkil edən Ulu Öndər ölkəmizin səhiyyə işçilərinin, tibb 
alimlərinin beynəlxalq arenaya çıxmalarına şərait yaratdı. Həmin dövrdən Ulu Öndərin 
təşəbbüsü ilə hər il yüzlərlə gənc keçmiş Sovet İttifaqının ən mötəbər ali məktəblərində 
müxtəlif peşələr və ixtisaslar üzrə təhsil almağa göndərildi. Bu, gələcəyin kadr 
hazırlığının təmininə istiqamətlənmiş uzaqgörən siyasətin həyata keçirilməsi demək idi. 
İndi Azərbaycanın milli tibbi kadrları nəinki ölkəmizdə, hətta dünyanın bir sıra inkişaf 
etmiş dövlətlərinin məşhur səhiyyə müəssisələrində uğurla fəaliyyət göstərirlər.
Heydər Əliyevin xarici ölkələrdə oxutdurduğu gənclər indi XXI əsrdə Azərbaycanda 
aparıcı mütəxəssislərə çevriliblər. 
Heydər Əliyevin 1993-cü ilin iyun ayının 15-də yenidən Azərbaycana rəhbərliyə 
qayıdışından sonra Azərbaycan səhiyyəsinin, həmçinin Azərbaycan tibb elmi və tibb 
təhsili sisteminin inkişafının yeni mərhələsi başlandı. Bütün sahələr kimi, səhiyyə də 
yeni inkişaf mərhələsinə qədəm qoydu; ilk növbədə, bu sahənin qanunvericilik bazası 
təkmilləşdirildi, əhalinin sağlamlığının qorunması işini yaxşılaşdırmaq məqsədilə geniş 
islahatlar proqramı hazırlandı. Tibb müəssisələrinin maddi-texniki bazasının 
möhkəmləndirilməsi, yeni səhiyyə ocaqlarının yaradılması əhaliyə göstərilən tibbi 
xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına imkan verdi. Ulu Öndərimizin rəhbərliyi ilə bu 
sahədə 15-dən çox qanunun qəbul edilməsi, Ümummilli Liderimizin 2001-ci il 4 iyun 
tarixli Sərəncamı ilə hər il iyun ayının 17-nin ölkəmizdə tibb işçilərinin peşə bayramı kimi 
qeyd olunması, səhiyyə işçilərinin əməkhaqlarının dəfələrlə artırılması həm bu sahənin 
müasir tələblər səviyyəsində yeniləşdirilməsinə, həm də insanların sağlamlıqlarının 
etibarlı şəkildə qorunmasına xidmət edirdi. Ulu Öndər səhiyyədə islahatlar aparılmasını 
vacib hesab edərək deyirdi: “Biz islahatları bütün sahələrdə keçiririk və səhiyyə 
sahəsində də islahatlar keçirilməsi çox zəruridir. Bu barədə mənim fərmanlarım var, 
lazımi göstərişlərim var, qərarlar vardır. Məmnuniyyətlə deyə bilərəm ki, son vaxtlar 
Azərbaycan səhiyyəsində islahatlar həyata keçirilir və onlar da öz nəticələrini verir”.
“Dəyirmi masa”da iştirak edən YAP rayon təşkilatının sədri Eldar Əsədov, Tibbi Ərazi 
Bölmələrinin İdarəetmə Birliyinin “Tərtər Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi 
şəxsin direktoru Sərxan Cələhani, fizoterapeya kabinetinin müdiri Zəhra Əliyeva, rayon 
Mərkəzi Xəstəxanasında statistika kabinetinin müdiri Anar Salahov çıxış edərək Ulu 
Öndərin hakimiyyəti illərində Azərbaycan səhiyyəsinin inkişafından, tibbi kadrlara 
göstərilən diqqət və qayğıdan söhbət açdılar. Qeyd olundu ki, digər sahələrdə olduğu 
kimi, səhiyyə sahəsində də Ulu Öndərin siyasi kursu Azərbaycan Respublikasının 
Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev 
ölkə səhiyyəsinin inkişafına qiymət verərkən demişdi: “Azərbaycanda səhiyyə 
sistemində aparılan islahatlar, görülən  işlər dünya səviyyəsində gedir. Hətta deyə 
bilərəm ki, biz artıq Azərbaycan standartlarından da danışa bilərik”.
Çıxışlarda Heydər Əliyev Fondunun səhiyyə sahəsində reallaşdırdığı proqramlardan, 
həmin layihələrin  Mehriban xanımın bilavasitə diqqət, qayğısı və nəzarəti altında 
olduğu da vurğulanıb.
Tədbirdə bir qurup tibb işçisi rayon icra hakimiyyətinin başçısı tərəfindən fəxri fərmanla 
təltif olunub. 
Tarix: 16-06-2023, 18:35
Xəbəri paylaş





Xəbər lenti