Rayon rəhbəri “Aqropat” MMC-nin meyvə bağlarında olub


Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Aqropat” MMC-nin 
meyvə bağlarında məhsul yığımı və çeşidlənməsi işləri ilə yaxından tanış olub. 

“Aqropat” MMC-nin 250 hektar əkin sahəsi var ki, bunun da 200 hektarında meyvə bağı  
salınıb. Meyvə ağaclarının əksəriyyəti Türkiyə və İtaliyadan gətirilib və burada 400 nəfər 
işçi çalışır. 
İnnovativ tələblər əsasında salınmış bağ damla üsulu ilə suvarılır. 40000 kub metr 
tutumunda su anbarının yaradılması isti yay aylarında su qıtlığının qarşısını tamamı ilə 
alır.
“Aqropat” MMC-nin ümumi  sahəsi  3650 kv.m. olan soyuducu anbarı da  istismara 
verilib. Meyvələr yığılıb çeşidlənəndən sonra anbara yığılır və buradan xarici bazarlara 
yola salınır.
“Aqropat” MMC-nin meyvə bağlarının yerləşdiyi Kəngərli və ətraf kəndlərin sakinlərini  
daimi və mövsümi  işlə təmin edir, işsizliyin aradan qaldırılmasına, əhalinin maddi 
rifahının yaxşılaşdırılmasına  yardım edir.
Rayon rəhbəri onların işindən razı qaldığını, “Aqropat”MMC-nin  istehsal gücünün 
artırılması üçün bütün imkanlardan maksimum istifadə edərək köməklik göstərəcəyini 
bildirib. Onlara öz tövsiyyələrini verib.
Tarix: 16-06-2023, 18:40
Xəbəri paylaş





Xəbər lenti