Masallı Rayon Hərbi Komisarlığına nəzərən...
Xatırlayırsınızsa, təxminən iki il bundan öncə, Masallı Rayon Hərbi Komisarlığında baş verən özbaşınalıqlarla bağlı mətbuatda yazılarım olmuşdu.
Həmin vaxt rayon hərbi komisarı Vəli Rzayevin,tələbələrin hüquqlarının pozulmasına yönəlik davranışlarını ictimailəşdirmişdim.
Belə ki,həmin dönəmlərdə gözü 1%(bir faiz) görən vətəndaşın hərbi xidmətə cəlb edilməsi,tələbələrə möhlət hüququnun verilməsində maneçilik törədilməsi halları olmuşdu.
Təəssüflər olsun ki,hazırda Masallı Rayon Hərbi Komisarlığına təyin olunan yeni "rəis" də,sələfinin özbaşınalıqlarını təkrarlayır.
Necə deyərlər, "Köhnə hamam,köhnə tas".
Yenə də mütəmadi olaraq,Türkiyədə təhsil alan tələbələrin hərbi xidmətdən möhlət hüququnun təmin edilməsində maneçiliklər yaradılır. Hətta,daha irəli gedərək,tələbənin Türkiyə dövlət universitetlərindən aldığı və notarial qaydada təstiq olunumuş sənədi "saxta" adlandırmaqdan belə çəkinmirlər.
Adətən, ictimai rəylə hesablaşan cəmiyyətlərdə hansısa ictimai-siyasi problemlər işıqlandırılanda məsələ öz müsbət həllini tapır.Bizdə isə əfsuslar olsun ki,ictimai rəyə nəinki məhəl qoyulur,hətta ictimaiyyətin tənqid etdiyi vəzifəlilər daha üst məqamlara təyin olunur. Dolayısı,bizə qalan giley-güzar olur.!
Əlqərəz, dərdimizi bilmirik kimə deyək...
https://www.facebook.com/seymur.agayev.5203
SİAM.AZ
Tarix: 19-06-2023, 23:58