LDU-da Azər Əliyev “dövranı“

LDU-da Azər Əliyev “dövranı“
Lənkəran Dövlət Universitetinin təsərrüfat və iqtisadi məsələlər prorektoru Azər Əliyev korrupsiyayla məşğuldur.

Bu barədə AzFakt.com-un əldə etdiyi məlumatda deyilir.

Məlumata görə prorektor Azər Əliyev Natiq İbrahimovun "qara kassas"sıdır.

"Azər İbrahimov Universitetdə aparılan tikinti, İkt sahəsi, təsrüfatda korrupsiya ilə məşğuldur.Rektorla prorektor İKT sahəsində o qədər mənimsəyiblər ki, İkt sahəsində dərs keçən tələbələr komputerdən istifadə edə bilmirlər. Universitetin texniki bazası zəifdir. Olan komputerlər çalışmır. Proqramlar köhnə versiyalardır, halbuki hər il yeni proqramlar üçün büdcədən külli miqdarda vəsaitlər ayrılır".

Məlumatda LDU-da digər sahələrdə də acınacaqlı məqamların olduğu qeyd edilir:

"LDU-nun korpuslarında naqillər o qədər köhnəlib ki, korpus az qala alışıb yansın. Yayda kondiseneri, qışda isidiciləri normal işləmir. Azər Əliyev təsərüfatda da Sənayi adlı birini müdir qoyub və ətrafında da Sənayilin qohumları. O azlıq edər kimi, əvvələr labarantı olmuş Billurə Qasımovanı mətbəə müdiri əvəzedicisi vəzifəsinə təyin edib. Billurə Qasımova da Azər Əliyevin istəyi ilə haçan işə gəlmək istəyəndə gəlirdi, istəməyəndə də gəlmir. Bu barədə rektor xəbər tutandan sonra kitabxanaya qoydular.".

Azər Əliyevin tender məsələlərində də ciddi nöqsanlara yol verildiyi deyilir.
Tarix: 20-06-2023, 12:34
Xəbəri paylaş





Xəbər lenti