İcra başçısı növbəti dəfə vətəndaşları qəbul edib

İcra başçısı növbəti dəfə vətəndaşları qəbul edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə
vətəndaşları qəbul edib. Qəbulda 20 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri
və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
Bu barədə SİAM.AZ-a yerli RİH-dən informasiya verilib.
Qəbula gələn vətəndaşlar əsasən Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla,
işlə təmin olunma, həyətyani torpaq sahəsinin sənədləşdirilməsi, pay torpaq sahələrinin
suvarılması, məşğulluq mərkəzi tərəfindən heyvandarlıq aktivləri ilə təmin olunma,
sahibkarlıq məqsədilə torpaq sahəsinin ayrılması, əlillik dərəcəsinin təyin edilməsi və
digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri
tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun
çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar
verilib, vətəndaş məmnunluğu təmin olunub.
Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının
yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham
Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını
bildiriblər.

Tarix: 20-06-2023, 16:32
Xəbəri paylaş





Xəbər lenti