Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar
Muradova Tərtər rayonunda səfərdə olub.Səfər çərçivəsində Bahar xanım
rayon rəhbəri Müstəqim Məmmədovla birlikdə Mərkəzi Meydanda
Ümummilli Liderin abidəsini ziyarət edib, xatirəsinə hörmət əlaməti olaraq
abidəsi önünə gül-çiçək dəstələri düzüblər.Sonra komitə sədri rayon rəhbəri ilə birlikdə Vətən müharibəsində Tərtərin
yaşayış məntəqələrinə dəymiş ziyanı əks etdirən foto stendlərə və rayonun
yaşayış məntəqələrinə atılmış qadağan olunmuş raketlərin qalıqlarına
baxıb.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Bahar
xanım Muradovaya 44 günlük Vətən Müharibəsində Tərtər rayonuna, onun
infrastrukturuna dəymiş ziyanla bağlı məlumat verib və komitə sədrinin
suallarını cavablandırıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar
Muradova rayon icra hakimiyyətində əməkdaşlara yaradılan iş şəraiti ilə
tanış olub.
Tərtər Rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Tərtər və Bərdə
rayon sakinlərinin müraciətləri dinlənilib. Müraciətlər əsasən uşaqların
təhsili, işlə təmin olunma, uşaqla ünsiyyət, əlilliyin təyin olunması,
müalicəyə köməkliyin göstərilməsi və digər məsələlərlə bağlı olub.
Komitənin aidiyyəti struktur bölmə rəhbərlərinin də iştirak etdiyi qəbulda
qurumun fəaliyyət istiqamətlərinə uyğun müraciətlər cavablandırılıb,
qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli
araşdırma tələb edən müraciətlər qeydə alınaraq, aidiyyəti şöbələrin
icraatına göndərilib.
Qeyd edək ki, görüş mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə
qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu
cədvəlinə əsasən keçirilib.
Tarix: 13-09-2023, 23:16