Kəlbəcərə çəkilən yola görə Göygöldə evlər sökülür, sakinlər etiraz edir-VİDEO
Göygölün Toğanalı kəndindən Kəlbəcərə avtomobil yolu çəkilir deyə bəzi evlər sökülüb. Sakinlər verilən kompensasiya ilə razılaşmadıqlarına görə, evlərinin sökülməsinə etiraz edirlər. Sakinlər deyirlər ki, sökülən ev və kəsilən ağaclara görə onlara verilən kompensasiya yeni ev almağa imkan vermir. Söküntü isə prezidentin əraziyə gəlişi ilə bağlı sürətləndirilir, sakinlərin narazılığına məhəl qoyulmur. Ekoloq Arzu Verdiyev ağacların kütləvi kəsilməsinə diqqət çəkir. Verdiyev deyir ki, ağacların bu şəkildə məhv edilməsi qanunsuzdur. Meydan.TV
Məsələ ilə bağlı Siam.az olaraq bütün əlaqədar qurum və şəxsləri də dinləməyə hazırıq...