Rayon rəhbərinin Bala Kəngərli kəndində növbəti səyyar qəbul- görüşü keçirilib


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və 
tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının 
səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi 
vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların 
rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq 
olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun Bala 
Kəngərli kəndində keçirilib.
Qəbulda Milli Məclisin Deputatı Sahib Alıyev YAP rayon təşkilatının və rayon 
Ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət 
təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd 
sakinləri iştirak ediblər.
Əvvəlcə icra başçısı kənddə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını 
fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri 
düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İcra başçısı əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən 
geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, 
qələbədən sonra bərpa olunan kəndlərə, eləcə də rayonun Talış kəndinə 
əhalinin köçürülməsindən, şəhid və qazi ailələrinə, vətən müharibəsi 
veteranlarına dövlət tərəfindən göstərilən dəstəkdən də bəhs edib. Ölkə 
rəhbərinin diqqət və qayğısı altında respublikamızda, eləcə də rayonumuzda 
aparılan tikinti-quruculuq-abadlıq işlərini dilə gətirib, Qərbi Azərbaycan 
İcmasının fəaliyyətindən, İcmanın etnik və dini ayrıseçkilik qoymadan insan 
hüquqularının müdafiəsinə dəstək verilməsindən də danışıb.
Sonra rayon rəhbəri qəbulda kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların 
məşğuliyyəti, görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Bala Kəngərli kəndinin 358 hektar ərazisi, 141 təsərrüfatı, 636 
nəfər əhalisi var. Ərazidə 1 məktəb, 3 ticarət, 1 iaşə obyekti fəaliyyət göstərir. 
Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qazvə 
içməli su ilə təmin olunub.
Sakinlər 290 baş iribuynuzlu, 265 baş xırdabuynuzlu heyvan, 2750 baş quş, 
103 arı ailəsi saxlayırlar.
Son üç ildə Bala Kəngərli kəndinində 16 yaşayış evini birləşdirən körpü sel 
suları nəticəsində sıradan çıxdığı üçün bərpa edilərək vətəndaşların 
istifadəsinə verilib, su arxları 6000 m məsafədə lildən təmizlənib, kənd 
ərazisində 210 ədəd çinar ağacı, 500 ədəd çəkil tingi 450 ədəd müxtəlif növ 
ağac əkilib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış 
Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin 
əlçatanlıq və üstünlüklərini qeyd edib vəhttps://rih.gov.az/platformasından 
istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət 
açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu 
sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
İcra başçısı sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən Rəşid Şahbazov Bala Kəngərli Cəmilli yolununtəmir 
edilməsi, İnsafa Məmmədov subartezian quyusunun nasosunun 
dəyişdirilməsi, Nüşabə Quliyeva suvarma suyu ilə təmin olunma və digər 
məsələlər ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə 
götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar 
verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla 
yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-
prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 14-09-2023, 23:01
Xəbəri paylaş





Xəbər lenti