Tərtər Rayon İcra Hakimiyyətrinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı
Sahib Alıyev, YAP rayon təşkilatının və rayon Ağsaqqallar Şurasının sədrləri ilə birlikdə
“Bilik Günü” münasibəti ilə Tərtər şəhərininümumtəhsil məktəblərində olub.Rayon rəhbəri yeni tədris ilinin başlanması münasibəti ilə təhsil işçilərini və şagirdləri
təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. Yeni dərs ilinin başlanması münasibətilə
ümumtəhsil məktəblərində keçirilən tədbirlərdə Ümummilli lider Heydər Əliyevin və
torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik
sükutla yad edilib.
Sonra icra başçısı ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının
möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söz
açıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə
və onun inkişafına böyük diqqət yetirib. Bu gün isə bu ənənə cənab İlham Əliyev
tərəfindən uğurla davam etdirilir. Dövlət vəHeydər Əliyev Fondu tərəfindən yeni
məktəblər, uşaq evləri, liseylər tikilir, məktəblərin maddi-texniki bazası gücləndirilir.
İcra başçısı Respublika Prezidentinin Tərtər rayonuna 3 iyun 2020-ci il tarixli səfərindən
sonra “Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı
tədbirlər haqqında” Sərəncam imzaladığını, ötən il 432 şagird yerlik Xoruzlu kənd tam
orta məktəbinin istifadəyə verildiyini, bu li isə Heydər Əliyev Fondu tərəfindən 320
şagird yerlik Azad Qaraqoyunlu kənd və Təhsil Nazirliyi tərəfindən 360 şagird yerlik
şəhər 5 nömrəli tam orta məktəbləri üçün yeni binaların tikildiyini, Təhsil Nazirliyi
tərəfindən şəhər 3 nömrəli, Bala Kəngərli ümumi orta, Köçərli, Yuxarı Sarıcalı və
Hacıqərvənd kənd tam orta məktəblərində təmir işlərinin aparıldığını vurğulayıb.
Qeyd olunub ki, 2022-2023-cü tədris ilində umumtəhsil məktəblərini 646 nəfər məzun
bitirib. Onlardan 408 nəfər ali məktəbə sənəd verib və 267 nəfəri ali məktəbə, 148 nəfər
isə orta ixtisas məktəblərinə daxil olub. 2 nəfər 600-dən yuxarı, 13 nəfər 500-dən yuxarı
bal toplayıb. 5 nəfər isə Naxçıvanski adına liseyə qəbul olub.
IX sinfi bitirən məzunlardan isə 168 nəfər orta ixtisas məktəbinə sənəd verib və
onlardan 148 nəfəri uğur qazanıb.
İcra başçısı bir daha bütün müəllim və şagird kollektivini 15 sentyabr “Bilik Günü”
münasibəti ilə təbrik edib, onların hər birinə uzun ömür, can sağlığı və təhsildə uğurlar
diləyib.
Milli Məclisin deputatı Sahib Alıyev də təhsil işçilərini yeni tədris ilinin başlanması
münasibəti ilə təbrik edib, Ulu Öndərin “Təhsil millətin gələcəyidir”, ”Mən dünyada
müəllimlikdən yüksək ad tanımıram”- kəlamlarını yada salıb.
Sonra ibtidai sinif şagirdləri Vətənə, anaya, məktəbə aid şeirlər deyiblər. Çalınan zəng
onları sinif otaqlarına səsləyib.
2023-cü il respublika prezidentinin sərəncamı ilə “Heydər Əliyev İli” olduğu üçün
ümumtəhsil məktəblərində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və
qurucusudur” mövzusuna həsr olunub.
Tarix: 15-09-2023, 17:58